Paşinyan: "Dünyada heç nə indiki Konstitusiyanın qəbulu zamanı olduğu kimi qalmayıb"
"Bəziləri Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Konstitusiyaya dəyişiklik edilməsi tezisini səsləndirir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 7-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin mətnində razılaşdırılmış maddə var ki, tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmək üçün öz qanunlarına müraciət edə bilməzlər.
Baş nazir onu da qeyd edib ki, Konstitusiya ilk növbədə daxili həyatın təşkili üçün nəzərdə tutulub. Halbuki istənilən ölkənin Konstitusiyası həm də xarici əlaqələri tənzimləyir.
Onun fikrincə, Ermənistan yeni şəraitdə xarici dünya ilə münasibətləri haqqında düşünməlidir.
"Dünyada heç nə indiki Konstitusiyanın qəbulu zamanı olduğu kimi qalmayıb. Heç bir xarici əlaqələr əvvəlki kimi qalmayıb", – deyə baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistanın indiyədək qəbul olunmuş konstitusiyalarının heç biri xalqın azad iradəsi ilə qəbul edilməyib.
"Elita həmişə necə yaşamağı diktə edib. Ən mühüm vəzifələrdən biri xarici mühitdə daha stabil və təhlükəsiz olmaqdır", – deyə Paşinyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir