"Paşinyan Ərdoğanla görüşə çox ciddi hazırlaşır" - "Past"
Erməni tərəfi Ərdoğanla görüşə ciddi yanaşır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri "Past" yazıb.
Nəşr bildirir ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada keçirilməsi planlaşdırılan Aİ sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ola bilsin ki, görüşəcəyini bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də belə bir ehtimalı istisna etməyib.
"Praqada keçirilən tədbir zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, belə bir görüşün baş tutacağı hazırda təsdiqlənib".
Qəzetin yazdığına görə, Ermənistan tərəfi Ərdoğanla görüşə ciddi yanaşır və hətta mümkün görüş üçün hazırlıqlara başlanılıb.
"Bundan başqa, mənbəmiz Nikol Paşinyanın Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyini istisna etmir", – deyə qəzet qeyd edir.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü