Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır
Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.
KONKRET.azAPA -ya istinadənxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, "İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir".
Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti prosesi və diplomatik fəaliyyəti gücləndirmək niyyətindədir.
Hökumət başçısı onu da əlavə edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb.
Xatırladaq ki, bir müddət öncə Ermənistan Baş nazirinin sözlərinə əsasən, İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılan əsas müddəaları arasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin həyata keçirilməsi, regional kommunikasiyaların, onların keçdiyi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, həmçinin bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılması yer alıb.
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ