Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir
Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.
O, Müstəqillik Bəyannaməsini tənqid edərək, konstitusiyadakı bütün dəyişikliklərin Ermənistanın daxili işi olduğunu bildirib.
Paşinyan region ölkələrini eyni mərtəbədəki mənzillərə bənzədib. O qeyd edib ki, bu mənzillər qonşular üçün təhlükə yarada bilər. Belə şəraitdə ölkə yalnız xarici dəstək sayəsində mövcud ola bilər.
"Beləliklə, siz dəstək gözlədiyiniz tərəfdən getdikcə daha çox asılı olursunuz. Ona görə də, Müstəqillik Bəyannaməsi – münaqişə və asılılıq bəyannaməsidir", – Paşinyan əlavə edib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür. / azxeber.com

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK