Paşinyan Fransa ilə münasibətdən sui-istifadə edir

Paşinyan Fransa ilə münasibətdən sui-istifadə edir"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Fransa arasındakı münasibətdən, həmçinin onun BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü statusundan sui-istifadə edir".
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun "Azadlıq Radiosu"nda ("Radio Free Europe/Radio Liberty") dərc olunan məqaləsində deyilir.
O qeyd edib ki, Qarabağın Ermənistanın işğalı altında qaldığı son 20 ildən artıq müddətdə Azərbaycanın əsas motivi müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizə olub: "İndi bu məsələ həll olunub. Tarixi ədaləti bərpa etmişik".
Onun fikrincə, Ermənistanda revanşist əhvali-ruhiyyə siyasi müxalifətdə daha güclü olsa da, bu ölkənin baş naziri Nikol Paşinyan da belə istiqamətdə fikirləri söyləməkdən çəkinmir: "Ermənistanın revanşizmdən əl çəkdiyini göstərən ilk addım bu olmalıdır: Paşinyan bəyanatlarla deyil, real addımlarla göstərməlidir ki, o, son hərbi eskalasiyanın nəticəsinə mübahisə ediləcək məsələ kimi yanaşmır".
Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, Azərbaycanla Ermənistan arasında birinci müharibə zamanı 600 mindən çox etnik azərbaycanlı Ermənistanın işğal etdiyi əraziləri tərk etməyə məcbur olub: "Hazırda Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin geri qayıtmasını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və bərpasına milyardlarla vəsait xərcləyir. Məcburi köçkünlərin geri qayıtması azərbaycanlıları birləşdirən amilə çevrilməlidir".
"Hesab edirəm ki, indi Azərbaycanın milli ideyası sülhü möhkəmləndirmək, ölkənin bütün ərazilərində həyat tərzini yaxşılaşdırmaqdır. O, müstəqil dövlət olsa da, əvvəllər bütün ərazilərinin inkişafı ilə bağlı imkana malik deyildi. Yəni qarşıdakı onilliklər üçün ən vacib vəzifə azad edilmiş ərazilərə normal həyatın qaytarılması olacaq", – o, sonda vurğulayıb.

Siyasi       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər