Paşinyan Fransanın "Le Monde" jurnalına Azərbaycandan şikayət etdi
Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycan və Ermənistann arasında sülh müqaviləsi imzalanmalıdır. Hazırkı reallıqda tərəflər sülhə yaxın olsalar da, bəzi qüvvələrin regiondakı pozuculuq fəaliyyəti danışıqlar prosesinə mane olur. Ermənistandakı bəzi qüvvələr də sülh danışıqlarını pozmaq üçün təxribatçı əməllərindən əl çəkmirlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə mövqeyini tez-tez dəyişməsi sülhü əngəlləyir.
KONKRET.azxəbər verir ki, Paşinyan bu gün Fransanın"Le Monde" jurnalına müsahibəsində də bəzi təzadlı fikirlər səsləndirib: "Sülh sazişinin konturları formalaşsa da, onun reallığa çevrilməsinə hələ də ciddi maneələr var. Bu maneələri aradan qaldırmaq yalnız Cənubi Qafqazda sülhə həqiqətən inanan tərəfdaşların güclü dəstəyi ilə mümkün olacaq", – deyə Paşinyan bildirib.
Ermənistan baş naziri daha sonra Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Fransız dostlarına Azərbaycandan şikayət edən Paşinyan guya Qarabağda ermənilərin hüquqlarının pozulması, onların "acından ölməsi" barədə vay şüvən qoparıb. Azərbaycanın sülhə mane olduğunu deyən Paşinyan nədənsə özlərinin törətdiyi təxribatları, Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri barədə danışmağı unudub. Xankəndidə dinc əhalinin küçələrə çıxarılmasından danışmayıb. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edən Paşinyan Azərbaycanın daxili işini Fransa mətbuatında müzakirə etməklə beynəlxalq hüququn qayda və prinsiplərini pozub.
Fransa regionda maraqlı tərəfdir və Ermənistanın mövqeyini bir mənalı şəkildə dəstəkləyir. Azərbaycan isə bütün iftra və qarayaxmaya baxmayaraq,
öz sərhədləri daxilində suveren ərazisinə nəzarət edir.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi