"Paşinyan geri çəkildi: sülh müqaviləsinin imzalanması ehtimalı azdır" - Balasanyan

Görünür, biz iki tamamilə fərqli çıxışla qarşı-qarşıyayıq. Paşinyan noyabrın 10-da "soyqırım" sözünü işlətdi, eləcə də Azərbaycanın konstruktiv tərəfdaş olmadığını bildirdi. Ertəsi gün isə biz baş nazirdən son bir neçə ildə dinlədiyimiz bəyanatları eşitdik.
KONKRET.az xəbər veirr ki, bu sözləri erməni siyasi ekspert Qriqor Balasanyan Nikol Paşinyanın noyabrın 10-u və 11-dəki çıxışlarını şərh edərkən deyib.
O, hesab edir ki, Paşinyanın sözlərindən Ermənistanın "Artsax"ın qarantı olmadığı güman edilirdi. Eyni zamanda, "Artsax" və Azərbaycan özləri münasibətləri həll etmək və dialoq qurmaq yollarını tapmalıdırlar və "Artsax" ermənilərinin təhlükəsizliyinə görə məsuliyyət yalnız Rusiya sülhməramlı kontingentinin üzərinə düşür.
"Lakin sülhməramlıların əsas vəzifəsi bunda deyil, ya sülh müqaviləsi imzalanana qədər, ya da bu və ya digər şəkildə münasibətlər nizamlanana qədər münaqişə zonasında hərbi eskalasiyanın qarşısını almaqdır. "Artsax"ın təhlükəsizliyinin təmin edilməsində əsas vəzifə isə təəssüf ki, oradan çıxarılan "Artsax" Müdafiə Ordusu və Ermənistan silahlı qüvvələrinin üzərinə düşür", – erməni ekspert sərsəmləyib.
Q.Balasanyan belə ehtimal edir ki, Paşinyanın mövqeyində cəmi bir gündə baş verən kəskin dəyişikliyə onun kənardan aldığı mesajlar səbəb olub. O, hesab edir ki, insan bir gündə fikrini belə kəskin dəyişə bilməz.
"Məndə belə təəssürat yaranıb ki, cümə axşamı səmimi danışıb, cümə günü isə nitqində bu qədər dəyişiklik. Sanki müəyyən mövzularda danışmaq istəmirdi, amma məcbur olub. Yəni tələsik mətbuat konfransı "kəskin küncləri" hamarlamaq zərurəti ilə bağlı olub".
Balasanyanın fikrincə, Paşinyanın sözləri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına nail olmaq istəyən bəzi güc mərkəzlərinin xoşuna gəlməyə bilər. O, hesab edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlaya bilməyəcək.
"Paşinyanın çıxışı dolayısı ilə mənim fərziyyəmi təsdiqləyir. Sözlərindən belə çıxır ki, o, müqaviləni imzalamaq üçün hər şeyi edib, amma alınmırsa, deməli, bu, onun səlahiyyətində deyil" – erməni ekspert əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 15 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber son xeberler az cebheden xeber son xəbərlər