Paşinyan hakimiyyətdən getsə, Azərbaycan bu vəziyyətlə üz-üzə qalacaq - TƏFƏRRÜAT

"Nikol Paşinyanin hakimiyyətdə qalması və ya siyasi səhnədən kənarlaşması məsələsi Ermənistanın daxili siyasi prosesləri ilə bağlıdır. Lakin politoloji baxımdan bu proseslərin regional təhlükəsizlik və xüsusilə Azərbaycan ilə münasibətlərə təsiri qaçılmazdır. Əgər Paşinyanı daha radikal və revanşist mövqeli siyasi qüvvələr əvəz edərsə, bu halda Azərbaycanla əldə olunmuş razılaşmaların, o cümlədən paraflanmış sülh sazişinin icrası müəyyən siyasi müzakirə və ya gecikmə riski ilə üzləşə bilər. Çünki Ermənistan siyasətində uzun illər formalaşmış revanşist düşüncə hələ də müəyyən siyasi dairələrdə qalmaqdadır və bu qüvvələr regional reallıqları qəbul etməkdə çətinlik çəkirlər".
Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasın da səsləndirib:
Paşinyan hakimiyyətdən getsə, Azərbaycan bu vəziyyətlə üz-üzə qalacaq - TƏFƏRRÜAT"Bununla belə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar göstərir ki, Ermənistan daxilində hakimiyyət dəyişikliyi baş versə belə, regionun siyasi gündəliyini tamamilə dəyişmək artıq əvvəlki dövrlərlə müqayisədə xeyli çətindir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni güc balansı və Azərbaycanın hərbi-siyasi üstünlüyü regionda status-kvonun geri qaytarılması kimi iddiaları faktiki olaraq real siyasi alternativdən məhrum edib. Bu baxımdan istənilən Ermənistan hakimiyyəti mövcud reallıqları nəzərə almağa və regional proseslərə daha praqmatik yanaşmağa məcbur qalacaq".
Politoloq qeyd edir ki, digər tərəfdən, Azərbaycanın mövqeyi kifayət qədər aydındır:
"Sülh gündəliyi qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına əsaslanmalıdır. İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Bakı regionda davamlı sülhün tərəfdarıdır, lakin bu sülh yalnız real siyasi və hüquqi prinsiplər üzərində qurula bilər. Bu baxımdan Ermənistan daxilində baş verə biləcək siyasi dəyişikliklər Azərbaycanın strateji kursunu dəyişmir.
Əksinə, belə bir ssenari Ermənistan üçün daha ciddi geosiyasi və iqtisadi risklər yarada bilər. Çünki regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və təhlükəsizlik mühitinin sabitləşməsi ilk növbədə Ermənistanın öz inkişaf perspektivləri ilə bağlıdır. Revanşist ritorikanın yenidən güclənməsi isə bu ölkəni regional layihələrdən daha da kənarda qoya və Cənubi Qafqazda formalaşan yeni əməkdaşlıq mühitindən təcrid edə bilər".
T.İsmayılov vurğulayır ki, bu səbəbdən Ermənistan daxilində mümkün hakimiyyət dəyişikliyi sülh prosesini taktiki baxımdan müəyyən dərəcədə ləngidə bilsə də, strateji baxımdan regionda formalaşmış yeni siyasi reallıqları dəyişdirmək potensialına malik deyil.
"Azərbaycan həm hərbi-siyasi gücü, həm də regional təşəbbüslərdə oynadığı rol sayəsində Cənubi Qafqazda sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir və bu amil sülh gündəliyinin geri dönməz xarakter almasını şərtləndirən əsas faktor kimi qiymətləndirilir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 15 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler ən son xeberler sonxeber az kriminal xeber