Paşinyan hərbi çevriliş planından xəbər tutdu

Paşinyan hərbi çevriliş planından xəbər tutduAzərbaycan ordusunun son hərbi uğurları Ermənistan generalitetində etirazları birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəldib, rəsmi İrəvan Rusiyaya bağlı hərbi dairələrin ölkədə yeni inqilab dalğasının stimullaşdırılmasında birbaşa iştirak edə biləcəyindən ehtiyatlanır… Hətta son vaxtlar öz yaxın ətrafına belə, güvənməyən baş nazir Nikol Paşinyanın bu real təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışdığı və hərbi qiyamdan yayınmaq ümidilə Kremlə minnətçi düşərək, anlaşmağa can atdığı bildirilir…
Cənubi Qafqaz "nifaq alması"na çevrilib. Bu regionda maraqları olan nəhəng dövlətlər arasında geopolitik mübarizə artıq güzəştsiz və amansız xarakter alıb. ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılması prosesini intensivləşdirib. Və Kreml son vaxtlar Qərbə müqavimət göstərməkdə açıq-aşkar çətinlik çəkir.
Ancaq ABŞ və Qərbin Cənubi Qafqazda bütün planları qurulan ssenarilərə uyğun inkişaf etmir. Yəni, müəyyən problemlər mövcuddur. Üstəlik, bu problemlər daha çox Rusiyaya xəyanət etmiş Ermənistanın qeyri-sabit mövqeyi ilə paralellik təşkil edən davranışlarından qaynaqlanır. Və rəsmi İrəvanın həm Qərbin, həm də Rusiyanın regional maraqlarından eyni vaxtda faydalanmaq cəhdləri geopolitik situasiyanı ciddi şəkildə qəlizləşdirir.
Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb Cənubi Qafqazda daha aktiv davranmaq məcburiyyətində qalıb. Bəzi məlumatlara görə, ABŞ Dövlət Departamentinin regiona geniştərkibli nümayəndə heyəti göndərmək planları da məhz Ağ Evin mövcud situasiyadan narahatlığını biruzə verir. Bu səfər regionda yaranmış vəziyyətin daha detallı şəkildə dəqiqləşdirilməsi məqsədi güdür. Çünki Ağ Evdə ABŞ və Avropa Birliyi təmsilçilərinin Cənubi Qafqaza səfərlərdən sonra hazırlanmış hesabatlarından o qədər də məmnun deyillər.
KONKRET.az xəbər verir ki, ona görə də, ABŞ Dövlət Departamenti Cənubi Qafqazda baş verənlər barədə birbaşa məlumatların alınmasına ehtiyac duyur. Yalnız bundan sonra regional proseslərin növbəti mərhələsi üçün daha konkret qərarların verilməsi və prinsipial addımların atılması nəzərdə tutulur. Ağ Ev üçün ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin daha da zəiflədilməsi istiqamətində atılması vacib və mümkün olan addımların müəyyən edilməsi daha böyük önəm daşıyır.
Bəzi məlumatlara görə, ABŞ siyasi dairələri Paşinyan hakimiyyətinin "xaotik və sürüşkən" mövqeyindən ciddi şəkildə narahatdırlar. Çünki, rəsmi İrəvan indiyədək heç bir qərarında sona qədər dayana bilməyib. Hər dəfə mövqeyini əks addımlarla dəyişib. Nəticədə ABŞ və Qərbin Cənubi Qafqaz hədəflərini davamlı olaraq təhlükə altında buraxıb. Və Ağ Evdə rəsmi İrəvan kimi qeyri-sabit tərəfdaşla ABŞ-ın Cənubi Qafqaz planlarının uğur qazana biləcəyinə inam sürətlə zəifləməyə başlayıb.
Əslində, Ağ Evin son davranışlarında da ABŞ-ın Ermənistana tam etimad göstərmədiyi müşahidə olunur. Belə ki, ABŞ və Qərb vaxtaşırı Ermənistana yumşaq da olsa, "qulaqburması" vermək məcburiyyətində qalır. Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərməsi ilə bağlı Rəsmi İrəvan dolayısıyla edilmiş xəbərdarlıqlar Paşinyan hakimiyyətinə Ağ Evdə güvənilmədiyini göstərir. Üstəlik, Pentaqonun Ermənistanı əvvəlcə hərbi təlimlərə qatılacaq ölkələrin sırasında göstərib, sonra dərhal siyahıdan silməsi də rəsmi İrəvana xəbərdarlıq mesajı sayıla bilər.
Böyük ehtimalla Ağ Ev bununla rəsmi İrəvana "ABŞ xəyanəti bağışlamır" mesajını çatdırmağa çalışır. Hər halda, rəsmi İrəvanın son vaxtlar Rusiyanın patronajlığı altında olan KTMT-ya münasibətdə mövqeyini davamlı olaraq, dəyişdirməsi Ağ Evin diqqətindən yayınmayıb. Və Paşinyan hakimiyyətinin bu məsələ ilə bağlı müəyyən addımlar atdıqdan sonra yenidən başa dönməyə çalışması hər iki tərəfə qarşı şantaj xarakteri daşıdığından ABŞ-ın da səbri tükənir.
Məsələ ondadır ki, ötən ilin sonlarında Ermənistan KTMT-dan uzaqlaşmağa çalışırdı. Hətta baş nazir Nikol Paşinyan KTMT-nın İrəvan sammitinin yekun sənədini imzalamaqdan da imtina etmişdi. Ardınca rəsmi İrəvan bu hərbi-siyasi alyansın Ermənistanda keçiriləcək hərbi təlimlərini də bloklanmışdı və bu qurumda baş katibin müavini postunu qəbul etməmişdi. Üstəlik, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT baş katibinin Ermənistana son səfərinin rəsmi İrəvanın mövqeyinə təsir göstərə bilmədiyini vurğulamışdı.
Digər tərəfdən, erməni spiker "KTMT regiondan gedir" deməklə, yanaşı, Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün alternativ tərəfdaşlara yönəlmək məcburiyyətində qaldığına da eyham vurmuşdu. Bu isə Ermənistanın Rusiyadan və onun patronajlığı altında olan KTMT-dan uzaqlaşma kursunun tutulması anlamı daşıyırdı. Və Rusiya-Ermənistan münasibətləri kəskin qarşıdurma istiqaməti almışdı.
Ancaq son vaxtlar rəsmi İrəvan bu mövqeyindən 180 dərəcə altında kəskin dönüş etməklə diqqəti çəkir. Hər halda, elə həmin erməni spiker indi hesab edir ki, Rusiya Azərbaycan-Ermənistan sülh prosesində əsas vasitəçilik missiyasını yerinə yetirir. Onun dediyinə görə, rəsmi İrəvan Rusiyanın vasitəçilik missiyasını effektiv hesab edir və həmişə olduğu kimi, yenə də dəstəkləyir. Və Rusiya-Ermənistan münasibətlərində problemlərin olması barədə deyilənlər həddindən artıq şişirdilib.
Eyni zamanda, baş nazir Nikol Paşinyan da son vaxtlar Rusiya-Ermənistan hərbi müttəfiqliyindən daha tez-tez danışmağa xüsusi həvəs göstərir. Erməni baş nazir yenidən Rusiya prezidenti ilə telefon danışıqlarını intensivləşdirib. Üstəlik, rəsmi İrəvan prezident Vladimir Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qatılmaq qərarını Kremlin kəskin reaksiyasından sonra dərhal arxa plana keçirib. Və indi Paşinyan hakimiyyəti israrlı şəkildə Rusiya ilə korlanmış münasibətlərin bərpasına can atır.
Belə anlaşılır ki, son vaxtlara qədər Rusiyaya xəyanət yolu tutaraq, ABŞ və Qərbə yaxınlaşmağa çalışan rəsmi İrəvan indi birdən-birə əks istiqamətdə hərəkət etməyə başlayıb. Yəni, bu dəfə Paşinyan hakimiyyəti ABŞ və Qərbdən əks tərəfə – Rusiyaya doğru yönəlib. Üstəlik, Paşinyan hakimiyyətinin bu məsələdə təlaşlı olduğu və həddindən artıq tələsdiyi də qətiyyən diqqətdən yayınmır. Və bunun Paşinyan hakimiyyətinə qarşı yönəlmiş olduqca ciddi təhlükədən qaynaqlanma ehtimalı tamamilə yüksəkdir.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan Rusiyanın Ermənistanda situasiyanın dəyişdirilməsinə yönəlik fəaliyyətə başladığı barədə məlumatlar mövcuddur. Belə ki, Kremlin Ermənistanda siyasi və hərbi mexanizmlərini hərəkətə gətirdiyi bildirilir. Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün hazırlıqların artıq son mərhələdə olduğu iddia olunur.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın hazırda daha çox hərbi çevriliş təhlükəsindən ciddi şəkildə narahat olduğu da yayılan əsas ehtimallar arasındadır. Hətta Ermənistan mətbuatı da Paşinyan hakimiyyəti son vaxtlar qanunvericilikdə etməyə çalışdığı bəzi dəyişiklikləri hərbi çevriliş təhlükəsindən yayınmaq cəhdi ilə əlaqələndirir. "Hraparak" nəşrinin iddiasına görə, Ermənistan hökuməti Müdafiə Nazirliyinin tabeçiliyində olan bütün şəxslərə siyasi proseslərdə iştirakın qadağa edilməsinə hazırlaşır.
Digər tərəfdən, bəzi məlumatlı erməni mənbələri baş nazir Nikol Paşinyanın hərbi qiyam ehtimalı ilə bağlı qorxusunun son vaxtlar daha da artdığını iddia edirlər. Onların fikrincə, hakimiyyət dairələri yalnız Ermənistan cəmiyyətində deyil, həm də ordu sıralarında narazılığın sürətlə artmasından ciddi şəkildə narahatdır. Çünki Azərbaycan ordusunun son uğurlarından sonra generalitetdə etirazlar birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlmiş görünür.
Ona görə də, baş nazir Nikol Paşinyan generalitetin yeni inqilab dalğasının stimullaşdırılmasında birbaşa iştirak edə biləcəyindən ehtiyatlanır. Xüsusilə də, erməni generalitetinin əsasən Rusiyaya bağlı olması Paşinyan hakimiyyətini daha çox qorxudur. Bu səbəbdən də, hətta son vaxtlar öz yaxın ətrafına belə, güvənməyən baş nazir Nikol Paşinyan bu təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çalışır. Və buna paralel olaraq, Qərblə məsafə saxlamağa, Rusiya ilə isə yenidən yaxınlaşmağa cəhd göstərir.//Musavat.com

Siyasi       Tarix: 09 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə azerbaycanda son xeberler ən son xəbər son xeberler bu gun