Paşinyan İlham Əliyevdən xahiş etdi: 'Onu mənə göstərin...'
Paşinyan Əliyevdən Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini xahiş edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. O, çıxışında sentyabrın 12-dən 13-nə keçən gecə "Azərbaycanın Ermənistana hücumundan" danışıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini "işğal etməyə hazırlaşır".
Paşinyan İlham Əliyevə xahişlə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini istəyib.
"Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?", – deyə Paşinyan Azərbaycan Prezidentinə müraciət edib.
O, Azərbaycanın Qarabağdakı separatçıların bütün "nümayəndəliklərini" blokladığı barədə də şikayət edib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Paşinyan beynəlxalq ictimaiyyəti Ermənistan və Azərbaycan sərhədində missiyalara cəlb etməyə çağırıb.
"Azərbaycan fəal şəkildə Ermənistanın bütün cənub və şərqinin, eləcə də Ermənistanın paytaxtı İrəvanın ona məxsus olduğunu bəyan edir", – Paşinyan deyib.
Erməni mediası isə, onsuz da günü qara Paşinyanı növbəti biabırçılıqda ittiham edib.
"Bu, tam biabırçılıqdır! BMT-də Paşinyan İlham Əliyevdən Azərbaycanın tanımağa hazır olduğu Ermənistanın xəritəsini göstərməyi xahiş edib", – deyə media Baş naziri tənqid atəşinə tutub.
/ azxeber.com
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü