Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir' - Deputat

Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir' - Deputat"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasıyla bağlı atılan addım sülh üçün yeni perspektivlər yaradır. Çünki bu addım kifayət qədər qətiyyətli və cəsarətli addımdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Nikol Paşinyanın ehtimal edilən sülh sazişindən danışmasına reaksiya verərkən deyib.
Deputat bildirib ki, əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər sülh sazişi imzalana bilər:
"Sülhə doğru hərəkətdə sonuncu maneələrdən birini aradan qaldırmış olur. Azərbaycanın 4 kəndi qeyri-şərtsiz qaytarılır. Əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sülhlə əlaqədar müəyyən çərçivə sazişini imzalamaq olar. Lakin burada iki məsələyə aydınlıq gəlməlidir. Bunlardan biri Azərbaycanın Naxçıvana keçidi ilə bağlı maneəsiz kommunikasiyanın təmin olunmasıdır. Bu çox vacib məsələdir. İkinci məsələ isə Ermənistanın heç bir şərt irəli sürməməsidir".
Millət vəkili hesab edir ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir:
"Məsələnin pis tərəfi ondan ibarətdir ki, bir tərəfdən Paşinyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşməsi üçün Almatıya getməsinə icazə verir, ikinci tərəfdən şərtlər irəli sürür ki, Almatı Bəyannaməsi mümkün sülh sazişində predmetə çevrilməlidir, ya da mümkün sülh sazişinə əlavə edilməlidir. Əlbəttə ki, bu qeyri-mümkündür. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan tərəfinin rəsmi Bakının qeyd etdiyi kimi hüquq yaradan sənədlər və xəritələr üzərində aparılacaq. Əgər burada hansısa hissədə Almatı Bəyannaməsinə istinad olunacaqsa, başqa bir hissədə başqa sənədlərə istinad ediləcək. Ona görə də əslində Paşinyanın bu cür fikir səsləndirməsi bundan ibarətdir ki, 1969-cu ilə qədər Azərbaycandan oğurladıqları bütün torpaqları hüquq yaradan əsaslar oldu, olmadı Almatı Bəyannaməsi adı altında özünküləşdirmiş olsunlar. Bu da təbii olaraq mümkün deyil. Bu səbəbdən də mən düşünürəm ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkərsə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edərsə, yəqin ki, COP-29-a qədər sülhlə əlaqədar çərçivə sazişi imzalana bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 08 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən son xəbərlər qurban bayrami 2026 son xəbərlər bugün 2026