Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama
Naxçıvan MR Təhsil Nazirliyi 9-cu sinif şagirdinin müəlllimi tərəfindən kəmərlə bağlanaraq döyülməsi xəbərləri ilə bağlı açıqlama yayıb.
azxeber.com xəbər verir ki, açıqlamada deyilir:
"Bəzi internet televiziya kanallarında Babək Rayonunun Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fərəcova Zəhra Şahin qızının məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi iddiaları yayılıb.
Bildiririk ki, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.Həmçinin məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edilib.Hazırda hüquq-mühafizə orqanları tərəfindən qeyd edilən məsələ araşdırılır.Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcəkdir.
Əlavə olaraq bildiririk ki, bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi şagirdin sonrakı yaş döründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma