İmtahana qeydiyyat başladı
Dekabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) Milli Müdafiə Universiteti ilə birgə Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ingilis dili imtahanı keçirəcək.
Bu barədə azxeber.com-a DİM-dən məlumat verilib. İmtahanda iştirak etmək istəyən hərbi qulluqçular DİM-in internet saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar ("Şəxsi kabinet"in yaradılması və istifadə qaydası"). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır və müvafiq məbləğ hesaba daxil edilir. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
"Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün 14 noyabr saat 18:00-dan 27 noyabr saat 12:00-dək DİM-in internet saytında "Test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün namizədlər "İmtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı imtahana bir neçə gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
İmtahanda iştirakçılara ingilis dili üzrə 20 test tapşırığı və 1 esse tipli yazılı tapşırıq təqdim olunacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma