Paşinyan İrəvanda yenə çərənlədi: Qarabağın statusu, Minsk Qrupu, əsirlərin qaytarılması... - VİDEO

Paşinyan İrəvanda yenə çərənlədi: Qarabağın statusu, Minsk Qrupu, əsirlərin qaytarılması... - VİDEOBaş nazir Nikol Paşinyan İrəvan şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, görüşdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Belarus Respublikasının Xarici İşlər Naziri Vladimir Makey, Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Muxtar Tleuberdi, Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev, Tacikistan Respublikasının Xarici İşlər Naziri Sirojiddin Muxriddin və KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.
KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Ermənistanın baş naziri regiondakı mövcud vəziyyət barədə danışıb, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyətinə, sərhədlərin və regional kommunikasiyaların açılmasına, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, girovların və digər mülki şəxslərin qaytarılmasına toxunub.
Bu kontekstdə Nikol Paşinyan beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır və açılmalı olan bütün yollar keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərəcək. "Dəhliz" məntiqi ola bilməz və bu, ümumi anlayışdır. Qarabağ münaqişəsinin həlli kontekstində Nikol Paşinyan Qarabağın statusunu əsas məsələ adlandırıb, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, Azərbaycan qoşunlarının 2021-ci ilin mayından Ermənistanın suveren ərazisinə daxil olması (həmin ərazilər Azərbaycanın öz torpağıdır) məsələsi açıq qalır və bununla bağlı Ermənistan KTMT-yə müraciət edib:
"Bu kontekstdə KTMT-nin monitorinqi və operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb ki, bu da üzv ölkələrin təhlükəsizlik çağırışlarının həllində Təşkilatın fəaliyyətinin səmərəliliyini artıracaq".

Roman Göytürk, 
KONKRET.az
Paşinyan İrəvanda yenə çərənlədi: Qarabağın statusu, Minsk Qrupu, əsirlərin qaytarılması... - VİDEOPeşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 11 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun