Paşinyan komandasına Azərbaycanla sülh sazişi mətni üzərində işin sürətləndirilməsini tapşırıb
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib.
Bunu Ermənistanın yerli nəşrləri yazıb.
Məlumata görə, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib.
"Past" qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.
Nəşrin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, artıq 1 aydan çoxdur ki nazirlikdə xüsusi qrup fəaliyyət göstərir və bütün diqqət bu məsələyə yönəlib.
///Report
Xidmetler [newsid: 0-123300]

"Azercell" AWS ilə təlimlər təşkil edib
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Yağıntılar nə vaxt kəsəcək? - AÇIQLAMA
Bu smartfon modelləri yeniləmə dəstəyini itirəcək - XƏBƏRDARLIQ
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi
AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara başlayır
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Balakən sakinini sel apardı
Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir?
Rusiyada bu yanacaq növü də qadağan edildi
Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA
Ağdamda açıq ərazidə yanğın başladı
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum