Paşinyan küçəyə etirazçıdan çox polis çıxardı - İrəvanda DƏHŞƏTLİ ANLAR (YENİLƏNDİ)
Ermənistan paytaxtı İrəvanda etirazçılar küçələri bağlamağa və nəqliyyatın hərəkətini dayandırmağa çalışır.
Publika.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılara polisin sərt müdaxiləsi olub.
Aksiya nöqtələrində etirazçılardan çox polis briqadalarının kütləviliyi diqqət çəkir. Onlar bəzi etirazçıları həbs etməyə başlayıb.
Hazırda etirazçılar Respublika Meydanına tərəf istiqamət götürüb.
Qeyd edək ki, gecə 00:00-da "Daşnaksütyun" Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan feysbukdakı video müraciətində Ermənistan vətəndaşlarını Nikol Paşinyanın istefa etməməsinə cavab olaraq ölkədə itaətsizlik aksiyasına başlamağa çağırmışdı.
***
11:19
Ermənistanda küçələrin və nəqliyyat mərkəzlərinin bağlanmasına dair planlar hazırlanır.
Publika.az xəbər verir ki, paralel olaraq müxalifət hökumətə qarşı digər təzyiq mexanizmləri üzərində işləyir.
Parlamentdənkənar qüvvələr əmindir ki, təyin etdikləri son tarix - 8 dekabr saat 12:00-a qədər baş nazir Nikol Paşinyan istefasını elan etməyəcək. Buna görə də 16 müxalifət partiyasının ultimatumun bitməsindən dərhal sonra itaətsizlik hərəkətlərinə başlaması planlaşdırılır.
"Joxovurd" qəzetinin məlumatına görə, müxalifət bölgələrdə və paytaxtda hərəkəti iflic etmək niyyətindədir. Saat 12-dən başlayaraq hakimiyyət əleyhdarları İrəvan və müxtəlif bölgələrdə küçələri bağlayacaq: "Əldə etdiyimiz məlumata görə, bu, müxalifətin indiyə qədərki ən əsas planıdır. Lakin onları istefaya məcbur etmək üçün ölkə rəhbərliyinə təsir mexanizmləri də hazırlanır".
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı