Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da

Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa daErmənistan anti-Rusiya siyasətini ört-basdır etmək, Fransanın regionda dağıdıcı planlarını gizlətmək üçün "çoxvektorlu siyasət" kursuna keçdiyini bəyan edir.
KONKRET.azxəbər verir ki, Baş nazir beynəlxalq aləmin diqqətini cəlb etmək üçün Azərbaycanın guya ölkəsinə aid ərazini ələ keçirdiyini yenidən açıqlayıb; söhbət işğal dövründə qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədindən gedir – hərbi analitikin izahı
"Ermənistan Silahlı Qüvvələrində islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda da müzakirə edilir. Deyirlər ki, Ermənistan sülh istəmir". "Yeni Müsavat"ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində bəyan edib. Paşinyan ordunu sürətlə silahlandırmalarını BMT Nizamnaməsinin "özünümüdafiə" prinsipi ilə ört-basdır etməyə çalışıb. Əsas diqqət çəkən məqam onun Azərbaycanla müharibə edib-etməmək haqda dedikləridir. Paşinyan iddia edir ki, Azərbaycan Ordusu Ermənistanın 200 kvadratkilometr ərazisinə daxil olub. Söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin bərpasından sonra ordumuzun nəzarət etdiyi ərazilərdən gedir. Ermənistan isə bu ərazilərin onlara "məxsus" olduğunu iddia edir, xüsusilə İstisu (Cermuk) istiqamətində ordumuzun mövqelərindən geri çəkilməsini istəyirlər.
Nikol bildirib ki, bu ərazilərin "azad olunması" üçün müharibə etməyəcəklər. "Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir", – o bildirib.
Paşinyanın bu çıxışı Ermənistanın sürətlə silahlandırılmasına haqq qazanmaq məqsədi daşıyır. Daha ötəsi, onun ərazilərinin guya işğalı ilə bağlı dedikləri əslində Ermənistanın qeyri-rəsmi müharibə elanı kimi də qiymətləndirilə bilər. Həmin sammitdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb. Onun sözlərinə görə, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir: "Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq".
Bundan əvvəl Ermənistanın baş diplomatı Ararat Mirzoyan təklif irəli sürmüşdü ki, ordular şərti sərhəddə "güzgü prinsipi" ilə geri çəkilsinlər. Rəsmi Bakı haqlı olaraq razılaşmadı. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan bala Göyçə gölünü vizual olaraq müşahidə edə bilir və yaxınlığındadır. Paşinyan isə sərhəd toqquşmalarından sonra baş verənləri "işğal" adlandırmaqla yanaşı, həm də KTMT-ni buna görə ittiham edir. Hətta son çıxışında bu blokda qalmağı Ermənistanın suverenliyi üçün təhdid adlandırıb. Baş nazirin həm "işğal"a toxunması, həm sözügedən əraziləri döyüşlə geri qaytarmaq niyyəti olmadığını vurğulaması, həm də bu kontekstdə KTMT-ni günahlandırması təsadüfi deyil.
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistan 2021 və 2022-ci illərin sentyabr döyüşlərinə istinad edir. Həmin sərhəd toqquşmalarında Azərbaycanın strateji yüksəklikləri nəzarətə götürdüyünü qeyd edən analitikin sözlərinə görə, Paşinyan "işğal" deyəndə sözügedən hadisələri nəzərdə tutur. Ekspert şərti sərhəd olduğunu, delimitasiya işləri aparılmadığını yada salır və onun fikrincə, İrəvan bu proseslər üzərindən manipulyasiya edir. Eyni zamanda bu yüksəkliklərə nəzarətin təmin olunmasını Qarabağda artıq məhv edilmiş separatçıların nəfəsliklərinin bağlanması baxımdan o dövr üçün əhəmiyyətli addımlar sayır.
R.Məmmədli indi sərhədlərin dəqiqləşməsini vacib bilir. Onun fikrincə, bundan sonra Ermənistan üçün sərhədin haradan başlandığı məlum olacaq: "Paşinyan 200 kvadrat kilometr ərazinin guya işğal edildiyini iddia edir, amma sərhəd müəyyənləşməyib, sadəcə, bunu iddia etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir. Fransa da bu mövqedən çıxış edir ki, Azərbaycan guya təcavüz edib, Ermənistan ərazisinə daxil olub. Təbii ki, İrəvan və Parisin bu yalanları Azərbaycan haqqında aqressor imici yaratmağa hesablanıb. Qarşıdan COP29 gəldiyi üçün Paşinyan bu məsələni yenidən dilə gətirib. Bu problemlərin tək həlli yolu delimitasiya prosesini inkişaf etdirməkdir. Amma bu istiqamətdə iş dondurulub. Tavuş bölgəsində sərhəd dirəklərinin basdırılmasından sonra bu iş digər ərazilərdə aparılmadı. Ermənistanla uzun bir sərhədimiz var və bu proses həyata keçirilməlidir ki, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması zamanı sülh sənədində öz əksini tapsın. Əks halda, ermənilərin ərazi iddiaları davam edəcək".
Hərbi ekspert Azərbaycanın heç bir ərazini işğal etmədiyini bildirərək, Ermənistanın anklav kəndləri geri qaytarmadığını xatırladır: "Bu işğal faktı Paşinyanın yadına salınmalıdır. Ermənistan şərti sərhəddə hansı ərazinin ona aid olduğunu iddia edə bilməz. Fikrimcə, bu bəyanatlar sülh danışıqlarına da zərər vurur. Ermənistanın bütün hərəkətləri və silahlandırılması onu deməyə əsas verir ki, onlar hərbi təxribatlara hazırlıq ərəfəsindədirlər. Şübhəsiz ki, burada KTMT-ni günahkar çıxarmaq imitasiyası da var. Guya KTMT Ermənistanı qorumadığı üçün ərazi itkisi ilə üzləşiblər. Paşinyan saxtakarlıqla məşğuldur və onun açıqlamaları Qərbin dəstəyini artırmağa hesablanıb".
Qeyd edək ki, rəsmi Bakı bundan əvvəl dövlət sərhədinin delimitasiyası keçirilməmiş Ermənistanın 31 kəndinə məxsus olan torpaqların işğalı barədə danışmağı tamamilə əsassız hesab edib. Bu il avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Əslində, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlə başlamışdı. Onda belə ehtimal edilirdi ki, tezliklə tərəflər arasında sərhəd məsələsi həll olunacaq və sülh sazişi imzalanacaq. Ancaq Ermənistanın sürətlə silahlanma istiqamətində fəaliyyətini artırması, o cümlədən ABŞ-ın ona bu sahədə yardım etməsi, Azərbaycanla şərti sərhəddə törədilən təxribat, Avropa İttifaqı Mülki müşahidə missiyasının bu hadisəni susqunluqla izləməsi, rəsmi İrəvanın həmin hadisələrə əsaslı cavab verə bilməməsi kimi hallar normallaşma prosesi istiqamətində işlərin irəliləməsinə mane olan amillərdəndir. Bütün hallarda əsasnamə və reqlament sərhədlərin müəyyənləşməsi istiqamətində işçi qrupun fəaliyyətini sürətləndirir. Bu, Azərbaycanla Ermənistan arasında imzalanan azsaylı növbəti sənəddir./"Yeni Müsavat"

Siyasi       Tarix: 21 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler kriminal bugun butun xeberler cəbhədən görüntüleri