"Ermənistan sülh istəmir, vaxt qazanmağa çalışır" - Müharibə anonsu, yoxsa...?

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Bəs, bu proses uğurla davam edərsə, 5 il sonra Azərbaycan–Ermənistan münasibətlərini necə təsəvvür etmək olar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyasının sədri Tural Abbaslı Azərbaycan–Ermənistan münasibətlərinə nikbin yanaşmadığını bildirib. Onun sözlərinə görə, Ermənistanın sülh prosesi ilə bağlı mövqeyi səmimi deyil və əsas məqsəd zaman qazanmaqdır:
"Ermənistanın bu gün sülhdən danışması, Azərbaycanla yaxınlıq nümayiş etdirməsi sadəcə taktiki addımdır. Ermənistan cəmiyyəti də Azərbaycanı dost kimi qəbul etmir, hələ də düşmən obrazında görür. Azərbaycanın səyləri nəticəsində münasibətlər müəyyən qədər yumşalıb. Artıq Ermənistana neft məhsulları göndərilir, Rusiyadan gələn taxıl Azərbaycan ərazisindən tranzitlə ötürülür. Amma bu vəziyyət Ermənistan məğlubiyyətdən sonra toparlanana qədər davam edəcək. Sonra yenidən əsl niyyətlərini ortaya qoyacaqlar".
Partiya sədri ABŞ-ın iştirakı ilə gündəmə gətirilən TRIPP layihəsinə də ehtiyatla yanaşdığını vurğulayıb. Onun fikrincə, Ermənistan bu cür layihələrə qoşulmaqla iqtisadi dividendlər əldə etməyə çalışır:
"Bu layihələrə əməl etmək Ermənistan üçün sadəcə vaxt udmaqdır. Sülh danışıqları və yaxınlaşma görüntüsü onlara iqtisadi üstünlüklər qazandırır. Mən sərhədlərin açılmasının, gediş-gəlişin və geniş ticarət münasibətlərinin əleyhinəyəm. Yalnız tranzit məsələsində müəyyən razılaşmalar mümkün ola bilər".
Tural Abbaslı TRIPP layihəsinin əslində Zəngəzur dəhlizi olduğunu qeyd edərək bu məsələyə də münasibət bildirib:
"Mənim üçün bu TRIPP deyil, Zəngəzur dəhlizidir. Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Biz oradan maneəsiz keçidin olacağını düşünürdük. İndi isə xüsusi avadanlıqlarla kimlik yoxlamalarının aparılacağından danışılır".
O, Azərbaycan–Ermənistan münasibətlərinin yaxın illərdə müsbət məcrada inkişaf edəcəyinə inanmadığını da əlavə edib:
"5 ildən sonranı proqnozlaşdırmaq mümkün deyil. Hətta 1-2 ildən sonra münasibətlərin necə olacağını demək çətindir. Ermənistan sürətlə inkişaf edərsə, yenidən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcək, təcavüzkar siyasətini davam etdirəcək. Mən nə Ermənistan dövlətinə, nə əhalisinə, nə də siyasi rəhbərliyinə inanıram".
Qeyd edək ki, regional kommunikasiya xətlərinin açılması və yeni nəqliyyat layihələrinin icrası Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndirilsə də, bu prosesin real nəticələri hələ də müzakirə mövzusu olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər