Paşinyan müxalifəti hədəf aldı: "Sərt addımlar atılacaq"

Paşinyan müxalifəti hədəf aldı: Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra daxili siyasi böhran və qarşıdurma yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyan qanunverici orqana daxil olan yeni müxalifət qüvvələrini rəsmən qanunsuz elan edərək onlara qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nikol Paşinyan parlament kürsüsündən çıxışı zamanı 9-cu çağırış Milli Məclisdə formalaşan müxalif fraksiyaları kəskin ittiham edib:
"Doqquzuncu çağırış parlamentdə formalaşan parlament müxalifəti tamamilə qanunsuz hərəkətlər nəticəsində ortaya çıxmış bir siyasi vahiddir".
Baş nazir vurğulayıb ki, Ermənistan dövlətinin bu qüvvələri gələcək siyasi fəaliyyətdən məhrum etmək üçün "legitim hüququ" var və respublika bu istiqamətdə mütləq lazımi addımları atmalıdır.
Paşinyan öz çıxışında seçki prosesinə xarici qüvvələrin müdaxilə etdiyini də iddia edib. Onun sözlərinə görə, Ermənistandakı "kriminal-oliqarxik rejimi" qorumaq üçün kənardan edilən basqınlar ölkənin milli təhlükəsizliyini ciddi təhlükə altına qoyub. Lakin o, bu risklərin artıq geridə qaldığını qeyd edib:
"Bu gün həmin risklər tamamilə dəf edilib. Hazırda kriminal oliqarxiyanın kökünü kəsmək üçün diqqətimizi toplamağa bizə heç nə mane olmur. Bu proses artıq başladılıb və heç bir halda dayanmayacaq".
Siyasi müşahidəçilər Paşinyanın bu bəyanatlarını seçkilərdən dərhal sonra ölkədən qaçmaq istəyərkən hava limanında saxlanılan eks-prezident Robert Köçəryan və digər müxalif namizədlərə qarşı başlanmış cinayət təqibinin genişmiqyaslı repressiya dalğasına çevriləcəyinin rəsmi siqnalı kimi dəyərləndirirlər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda