Paşinyan Qərbin əlində oyuncağa çevrilib – Ruslarla qarşıdurma hara qədər davam edəcək?

Paşinyan Qərbin əlində oyuncağa çevrilib – Ruslarla qarşıdurma hara qədər davam edəcək?Ermənistan-Rusiya münasibətlərinin günü-gündən gərginləşməsi Qərbin Cənubi Qafqazla bağlı siyasətinə tam uyğundur. Baş nazir Paşinyanın havadarları qarşısında götürdüyü öhdəliyə uyğun olaraq Ermənistanın Rusiyanın patronajlığı altında keçirilən tədbirlərdən imtina etməsi də Şimal qonşumuzun əsəblərini tarıma çəkir.
Məsələni KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirdi ki, Qərb Ermənistan vasitəsi ilə Rusiyaya qarşı yeni cəbhə açır:
Paşinyan Qərbin əlində oyuncağa çevrilib – Ruslarla qarşıdurma hara qədər davam edəcək?Samir Hümbətov
"Paşinyanın KTMT sammitində iştirak etməməsi, eyni zamanda KTMT-dəki nümayəndəsini geri çağırması, əvəzində ora nümayəndə göndərməməsi, ötən ilin noyabrında İrəvanda keçirilən sammitdə də yekun sənədə imza atmaması, əslində Rusiyaya qarşı yeni bir cəbhənin formasıdır.
Qərb Cənubi Qafqazda Paşinyanın əliylə Rusiyaya qarşı cəbhə açmağa çalışır. Amma bir neçə önəmli amillər var ki, onlar yaddan çıxır. Birincisi, Rusiya qoşunları Ermənistan ərazisindədir. Rus qoşunlarının orada olması Ermənistan üçün təhdiddir. Eyni zamanda rus ordusu həm də ermənilərin təhlükəsizlik qarantiyasıdır. Çünki Türkiyə-Ermənistan və İran-Ermənistan dövlət sərhədini də Rusiya qoşunları qoruyur.
Rusiyanın 102-ci bazası Gümrüdə yerləşir və imzalanmış sənədə əsasən hələ 2047-ci ilə qədər orada qalmalıdır. Ermənistanın dəmir yol xidmətinin təxminən 70-75 %-ə qədəri də Rusiyanın nəzarətindədir. Ermənistanın kənd təsərrüfatı məhsulları Gürcüstan üzərindən Rusiyaya daşınır.
Üstəlik, Ermənistanın iqtisadi imkanlarının böyük əksəriyyəti, bank və maliyyə sektoru da Rusiyanın əlindədir. Bunlar heç biri sadə məsələlər deyil. Düzdür, son dövrlər Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda Ermənistan üzərindən çirkli pulların yuyulması, maliyyə dövriyyəsinin həyata keçirilməsi halları mətbuatda tez-tez yayılır. Qərb ölkələri də bunu bilirlər. Amma ümumi götürəndə Ermənistanın Rusiyadan asılılığı daha çoxdur. İndi Paşinyan, görünür, Qərbdən təminat alıb. Və ona bildiriblər ki, bu prosesi axıra kimi aparsan, biz sənin yanındayıq. Amma bir məsələ də var ki, Qərbə də tam arxayın olmaq olmaz. Çünki belə nümunələr var ki, onlara arxayın olan dövlətləri Qərb yarı yolda buraxıb.
Gürcüstanı da o cür yarı yolda qoydular. Rusiya isə Gürcüstanda yenə bildiyini edir. Bir də Ukrayna məsələsi göz qabağındadır. Ukraynadakı müharibə anidən baş vermədi. Bu müharibədə Qərbin rolu çıx böyükdür. Düşünürəm ki, Rusiya Ermənistanı əldən verməməyə çalışacaq. Bu proses region üçün ciddi problem yarada bilər. Hətta problem yaratsa belə Rusiya Qafqazı əldən vermək istəmir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dünyada ən böyük səfirliyi Ermənistandadır. Ermənistanın strateji mövqeyi odur ki, bir tərəfində İran, digər tərəfində Türkiyədir. Eyni zamanda Ermənistan ərazisində Rusiyanın mövcudluğu var. Bunların hamısını Qərb ölkələri də nəzərə alır. Amma Rusiya regionda öz mövqeyini əldən vermək istəmir. Rusiya Ermənistanda öz varlığını davam etdirmək üçün səylərini davam etdirəcək. Paşiyan isə Qərbin əlində yalnız oyuncaqdır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər