Paşinyan QORXU İÇİNDƏ: Vəziyyət fəlakət həddindədir, azərbaycanlılar...
"Ölkədə koronavirusla bağlı vəziyyət fəlakət həddindədir".
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan əhaliyə ünvanladığı videomüraciətdə deyib.
Paşinyan virusa yoluxma və ölüm hallarının çox olmasının ölkəni fəlakətə apardığını qeyd edib.
O, polis və milli təhlükəsizlik xidmətini problemin miqyasını yanlış təqdim etməkdə ittiham edib: "Mən buna görə polis və təhlükəsizlik xidmətinin rəhbərliyi ilə sərt danışdım. Vətəndaşlar qayda pozuntularını videoya çəkib yayımlasınlar, bununla hökumətin işinə kömək etmiş olarlar. Problemə görə məsuliyyəti kim daşıyır? Əlbəttə ki, mən. Amma bu nəyi dəyişir? Ölən insana daha asandır, bəs onların qohumlarına kim hesabat verəcək?".
Paşinyan bankların qarşısına və digər yerlərə toplaşan insanları tənqid edib.
"Biz növbəyə riayət etməyi polis kötəkləri ilə həll edək? Hər bankın özü bu məsələni nizama salmağa borcludur. Qaydalara riayət etməyi də polis və təhlükəsizlik xidməti həyata keçirməlidir", - o bildirib.
O, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində separatçı rejimin yeni "prezidenti"nin Şuşada keçirilən "inaqurasiya" mərasiminə görə hökuməti tənqid edənlər haqqında da danışıb.
Bildirib ki, bu mərasimdə pandemiyaya görə tətbiq edilən qaydaların pozulduğu haqqında iddialar var: "Orada heç bir qanun pozulmurdu. Bu haqda azərbaycanlılar və Ermənistandakı müəyyən dairələr danışır".
Paşinyan Ermənistanda pandemiya ilə bağlı yaranmış fəlakətli vəziyyətə görə xalqın da, hökumətin də günahkar olduğunu deyib.
"Mən xüsusi təyinatlı dəstəni küçəyə çıxarıb xalqı döyməliyəm? Belə etmək istəmirəm. Günahkar axtarışına çıxmaq mənasız işdir, əgər xalq günahkardırsa, deməli hökumət də günahkardır. Hər kəs qaydalara riayət etməlidir", - o çağırış edib.
Qeyd edək ki, Ermənistanda son 24 saatda 515 yeni yoluxma, 12 ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların ümumi sayı 10524, ölənlərin ümumi sayı isə 170 nəfərdir.
Asif
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi