Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi? – "Ermənistanın ağlı olsa

Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi? – "Paşinyanın İrana səfəri rəsmi səfərdir. Əvvəlcədən hazırlanır, xarici işlər nazirlərinin protokol idarələri bu prosesəri əvvəlcədən hazırlayırlar, anonslar səsləndirilir. Yəni, prosedurlar var. Amma ola bilər ki, Soçi görüşündən dərhal sonra bu, təsadüfdür. Çünki Soçi görüşü əvvəlcədən anons edildi, ancaq onun dəqiq vaxtı bilinmirdi. Elə oldu ki, bu günə təsadüf etdi. Ola bilər ki, oktaybrın 31-i yox, noyabrın 1-ə nəzərdə tutulmuşdu, ancaq Paşinyanın İrana səfəri var idi deyə, onu bir gün əvvələ salıblar. Çünki Soçi görüşünün vaxtını təşəbbüskar qismində çıxış etmiş Moskva həll edirdi".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın İrana səfərini şərh edərkən deyib.
O, qeyd edib ki, Ermənistan və İran xarici siyasət və ticarət sahəsində özlərinin yaxşı dövrünü yaşamırlar:
"Bu səfərin əsas mahiyyətindən danışaq. Təbii ki, burada həm İran, həm Ermənistan – bunlar qonşu ölkələrdir, ikitərəfli münasibətləri var. Onlar da bir çox vacib sahələri əhatə edir. Onların ortaq layihələri də var, yol tikintisi, tunellər, enerji sektoru və s. Belə səfərlər əsanasında nazirliklərin nümayəndələri bir araya gəlirlər, konfranslar da keçirilir. Amma əsas məsələ liderlərin görüşüdür. Hesab edirəm ki, bir qədər Ermənistanın şəraitinə, İranın özünün də şəraitinə baxsaq, görərik ki, onlar xarici siyasət və ticarət sahəsində bir o qədər də özlərinin yaxşı dövrünü yaşamırlar, çətinlikləri çoxdur. Amma istəyirlər ki, boşluqları doldursunlar".
Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi? – Politoloq qeyd edib ki, Ermənistanın düşüncələri xülyadır:
"O ki, qaldı Ermənistanın gözləntilərinə, düşünrəm ki, Ermənistan özünü şimal-cənub nəqliyyat dəhlizinin vacib bir bəndi kimi təsdiqləsin. Təsadüfi deyil ki, istənilən böyük formlarda, konfranslarda Paşinyan iştirak edərək bildirir ki, guya şimal-cənub dəhlizi Ermənistanın olmamasında iflasa uğrayacaq. Guya Ermənistan bu layihədə olmasa, layihə çətin olacaq. Amma əslində bu, xülyadır. Çünki şimal-cənub dəhlizini hələ avropalılar təklif edəndə bildirmişdilər ki, onlar üçün ən önəmli məsələ Rusiya-Azərbaycan-İran vasitəsilə həm Fars körfəzinə çıxsınlar, həm daha uzaq Şərqə. Bunun da nəqliyyat məsələsində böyük rolu ola bilər.
Düzdür, burada İran prosesi ləngidir, ancaq Ermənistan heç vaxt Azərbaycan olan yerdə bu layihədə vacib rolunu tuta bilməz. Birincisi, Ermənistanın nəqliyyat strukturu çox zəifdir, digər tərəfdən yolları bərbad vəziyyətdədir. Ermənistan yollarında da geoloji baxımdan mühit mürəkkəbdir".
Politoloq həmçinin qeyd edib ki, Ermənistan investisiya baxımından çox zəifdir:
"İndi Ermənistan bilməlidir ki, sənin istəyinlə imkanların üst-üstə düşmürsə, niyə ictimai fikri çaşdırırsınız? Ermənistan investisiya baxımından çox zəifdir, ölkənin dövlət borcları, bildiyimə görə, 8 milyardı ötmək üzrədir. Baxmayaraq ki, özləri 3 milyarddan artıq deyir. Digər tərəfdən də İranın elə bir investisiya imkanları yoxdur ki, desin ki, mən bu prosesin maliyyə yükünü üzərimə götürürəm. Amma Ermənistanın ağılı olsaydı, Azərbaycanın təkliflərini qəbul edərdi. Məğlub ölkə kimi ona qalib ölkədən əlverişdi təkliflər gəlir. Amma Ermənistan bu məsələdən qorxur. Onlar özləri iblis libasına giriblər və sağlam təşəbbüslərə yox deyirlər. Amma məsələ burasındadır ki, Azərbaycan Ermənistanın iştirakı olmadan bütün layihələri həyata keçirib. Bunlarla da Azərbaycanın nüfuzu dünyada artmaqdadır".
Aydın Nuri

Siyasi       Tarix: 02 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

İlham Əliyevdən Donald Trampa diqqətçəkən MESAJ

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib. KONKRET.azxəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarını

Azərbaycan Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayi

"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların 87,7 faizi etimad göstərdiyini bildirib. . Sorğu iştirakçılarının 93,6 faiz

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. KONKRET.aztəbrikin mətnini təqdim edir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasını

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi

90 dəqiqə nə danışıblar?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələlər

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az xəbər maliyye xeberler bugun oxu.az xeberler