Paşinyan "üç stul"da oturub: Regionun "ən zəif bəndi"nin vəziyyəti ağırdır

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ölkəsi hazırda çox ağır vəziyyətdədir. Onun sözlərinə görə, hazırda Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. O bildirib ki, İrəvan Qərbə meyilli olmaqda ittiham edilir:
KONKRET.az xəbər verir ki, Metbuat.az-a vəziyyəti şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, TŞ katibinin açıqlaması daha çox Qərb- Rusiya mübarizəsi kontekstindən qiymətləndirilməlidir.
"Məlum olduğu kimi, Cənubi Qafqazla bağlı həm Qərbin, həm Rusiyanın maraqları var. Hər iki tərəf bu maraqlarının təmin olunması üçün Ermənistana təzyiq göstərir. Çünki regionun "ən zəif bəndi" məhz İrəvandır. Hazırda regionda maraqlı olan oyunçuların hər birinin – həm Rusiyanın, həm ABŞ-ın, həm də Avropa İttifaqının (Aİ) gündəliyindəki əsas məsələ Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsidir. Əlbəttə, sözügedən gücləri düşündürən ancaq onların öz maraqlarıdır. Həm Moskva, həm Vaşinqton, həm də Brüssel çalışır ki, sülh müqaviləsi onun iştirakı ilə imzalansın. Sülh müqaviləsi ilə bağlı hansı tərəfin "əli daha güclü olarsa", o da digər iki tərəfdən fərqli olaraq regiondakı təsir gücünü artıracaq".
K.Novruzov hesab edir ki, Qərb Rusiyadan fərqli olaraq ehtimal edilən sülh müqaviləsində daha maraqlıdır. Çünki Qərb üçün prioritet Cənubi Qafqazdakı iqtisadi maraqlardır.
"Bunun üçün isə regionda təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyat – kommunikasiya xəttlərinin açılması vacibdir. Ermənistan baş naziri Nikol Paşinyanın atdığı bütün addımlar vaxtın uzadılmasına hesablansa da, əslində o, sülh müqaviləsində maraqlı görünür. Amma sülh müqaviləsi onun iradəsindən daha çox, Qərblə Rusiyanın mübarizəsinin nəticəsindən asılıdır. İndi əsas məsələlərdən biri bu güclərdən hansının İrəvana "diktə edəcəyidir". Şübhəsiz ki, həm Qərbin, həm də Rusiyanın Ermənistana təzyiqi getdikcə artır. Elə ona görə də Qriqoryan ölkəsinin çətin vəziyyətdə olduğunu söyləyib. O, "Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir" fikri ilə, yəqin ki, hər iki tərəfə mesaj verməyə çalışır".
K.Novruzov qeyd etdi ki, şübhəsiz, TŞ sədri konkret olaraq tərəflərdən birini ittiham edə bilməzdi.
"Birincisi, ona görə ki, bu, diplomatik səhv olmaqla yanaşı, həm də İrəvana baha başa gələrdi. İkincisi isə onsuz da hər iki tərəf Ermənistana təzyiq göstərir. Belə olan halda isə İrəvan "müttəfiqlərinin" birindən digərinə qarşı istifadə etmək niyyətindədir. Qriqoryan "Bizi Qərbə meyilli olmaqda ittiham edirlər" deməklə, əlbəttə, Rusiyanı nəzərdə tutub. İrəvanın Vaşinqton və Brüssellə yaxınlaşması Moskvanın xoşuna gəlmir. Çünki Rusiyanın regiondakı təsir gücü zəifləyir. TŞ sədri Hindistanla əlaqələri nümunə göstərməklə isə bir növ özünü axmaq yerinə qoyub. Məsələ burasındadır ki, Ermənistanla Hindistan arasında münasibətlər Rusiyanı narahat etmir. Əksinə, Moskva da Deyli ilə normal münasibətlərə malikdir. Rusiyanı qıcıqlandıran Ermənistanın məhz Qərbə meylidir. Qriqoryan "Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir" sözləri ilə də Moskvaya mesaj verib. O, yəqin, demək istəyib ki, Moskva İrəvanın hazırkı çətin situasiyadan çıxması üçün kömək etməli, anlayışlı olmalıdır. Ümumiyyətlə, Ermənistan hazırda Brüssel, Vaşinqton və Moskvanın arasında qalıb. Üç böyük güc arasında mübarizə davam etdikcə və İrəvan konkret addımlar atmadıqca Ermənistanın vəziyyəti daha da ağırlaşacaq".

Siyasi       Tarix: 29 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı enson xeberler beynelxalq bank mezenne cəbhədən son xəbərlər 2026