Paşinyana "zontik tutan"ı DAĞA döndərdilər - TƏHLİL

Paşinyana "Əgər dağ Qarabağa getmirsə, onda Paşinyan və İlham Əliyev Soçiyə səfər edir".
KONKRET.az xəbər verir ki, Soçinin "Русь" pansionatında baş tutan üçtərəfli görüşə "Kommersant"ın şərhi belə başlayır.
Bəli, şimal qonşularımızda şəxsiyyətə pərəstiş xroniki xəstəlikdir, yoxsa Leninin ölüsü hələ də mavzoleydə qorunmazdı. O vaxt Misirdə də bəzi fironları mumiyalaşdırırdılar ki, birdən nə vaxtsa xortlamaq istəyər. Görünür, Putinin niyyəti Rusiya üçün XXI əsrin Pyotru, ya da Stalini olmaqdır. Əks halda Vladimir bu ikisindən başqa Rusiya liderlərini pisləməzdi. Rusiya KİV də Putinin şəxsiyyətini ilahiləşdirməklə məşğuldur. Aram Qabrelyanov, Marqarita Simonyanlar da Rusiya liderinin eqo vurğunluğundan məharətlə istifadə edirlər. Bir həftədən bir portret məqalə-reportaj hesabına Rusiyada istədiklərini həyata keçirə bilirlər.
Müzakirəyə çıxartdığımız kommersiya və avantüra dolu "Kommersant" məqaləsində Putinin dağ kimi böyüdülməsi gülüncdür. Ermənistan və Azərbaycan liderləri üçtərəfli görüş naminə Soçiyə səfər ediblər. Bunu Putinin digər liderləri ayağına gətizdirməsi qüdrəti kimi qələmə vermək gülünc təsəllidir. Çünki:
– G-20 sammitinə onlayn qoşulmuşdu
– Ukrayna ilə savaş başlayandan sonra Putin qorxudan iqamətgahını tərk etmirdi
– Makron və Qərbi təmsil edən başqa siyasi fiqurlarla görüşdə 6 metr məsafəli masadan istifadə edirdi
Otağından təzəcə çıxmağa başlayan Vladimiri Qarabağda gözləyən də yoxdur. Həm qərblilərin qəfil asqırtı, əsnəmə, baxış təmasından təlaşlanıb dialoq zamanı 6 metrlik ara saxlayan Putin Qarabağda erməni minasına düşməkdən də çəkinə bilər. Qarabağa səfər cəsarət tələb edir. Nümunə kimi, Türkiyə və Azərbaycan liderlərinin mütəmadi Qarabağ səfərlərini göstərmək olar.
Rusların bu "Əgər dağ Qarabağa getmirsə, onda Paşinyan və İlham Əliyev Soçiyə səfər edir" başlıq ideyası "Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağın yanına gedər" məsəlindən götürülüb. Sonda qeyd etdiyimiz deyimin məna yükü isə bir işin alınması üçün güzəştə getməkdir.
Bəli, Azərbaycan lideri sülh naminə Cenevrə, Brüssel, Praqa, Moskva, Soçi səfərləri edir. Məqsəd xalqın gələcək sülh, əmin-amanlıq içində yaşaması, regiondakı firəvanlığı təmin etməkdir. Ən başlıcası dövlətin ərazi bütövlüyünə qarşı bütün təhdidləri önləməkdir. Tarixə fateh kimi düşmək üçün 70 min hərbçini "javelin"lərin önündə qurban verəndən sonra qismən səfərbərlik elanı müdrik strateqlərin işi deyil. Belə vabanklar bir ölkənin ərazisi işğala məruz qalan zaman normal qarşılanır. Amma digər ölkəni işğal naminə öz xalqını qurban vermək xüsusiyyəti müasir dövrdə yalnız ermənilərdə qalmışdı. Onlar da öz yaradıcıları olan rusun yolu ilə gedirmiş.
• Onsuz da Putin Paşinyana çətir tutduğuna görə kimlərinsə gözündə dığa da dağa döndü.
"Kommersant"ın məsəllə başladığı məqaləsinə cavabı KONKRET.az atalar sözü ilə bitirir:
"El bir olsa, dağ oynadar yerindən"
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 01 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

İlham Əliyevdən Donald Trampa diqqətçəkən MESAJ

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib. KONKRET.azxəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarını

Azərbaycan Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayi

"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların 87,7 faizi etimad göstərdiyini bildirib. . Sorğu iştirakçılarının 93,6 faiz

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. KONKRET.aztəbrikin mətnini təqdim edir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasını

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi

90 dəqiqə nə danışıblar?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələlər

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az xəbər maliyye xeberler bugun oxu.az xeberler