Paşinyandan ŞOK AÇIQLAMA: "Anbar dolu olub, onlara silah verməyiblər"
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.
Bu barədə Nikol Paşinyan Ermənistanın "İctimai" televiziyasında müsahibəsində bildirib.
"Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm"- Paşinyan bildirib.
"İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər" deyə, o əlavə edib.
Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:
"Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var". /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı