Paşinyandan şok qərar: Qarabağ müharibəsi veteranlarını

Paşinyandan şok qərar: Qarabağ müharibəsi veteranlarınıErmənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına verilmiş bütün dövlət təltiflərinin və medalların geri alınması barədə qərar hazırlayır. Türkiyənin "dikgazete.com" saytının yaydığı məlumata görə, bu addım ölkənin hərbi-siyasi kursunda köklü dəyişikliyin göstəricisidir.
KONKRET.az xəbər verir ki, qərar Azərbaycan torpaqlarının işğalı dövründə döyüş əməliyyatlarına görə fərqlənmiş veteranlardan orden və medalların tamamilə müsadirə edilməsini nəzərdə tutur. Bununla yanaşı, həmin kateqoriyadan olan vətəndaşlar üçün nəzərdə tutulan sosial güzəşt və ödənişlərin mərhələli şəkildə ixtisarı planlaşdırılır. Məlumata görə, 2027-ci ilin yanvarına qədər erməni veteranlar üçün bütün xüsusi imtiyazlar tamamilə ləğv edilməlidir.
Baş verənlər Paşinyanın son illərdə yürütdüyü siyasi xəttin məntiqi davamıdır. Ermənistanın Müstəqillik Bəyannaməsinin 35 illiyinə həsr olunmuş müraciətində Baş nazir Qarabağa olan iddiaları "sovet modeli vətənpərvərliyi"nin məhsulu adlandırıb və bildirib ki, Ermənistan real müstəqilliyə yalnız indi – Azərbaycanla münasibətlərin normallaşmasından sonra nail olub.
Paşinyan parlamentdəki çıxışında "Qarabağ hərəkatı"nı Ermənistan dövlətçiliyinin gələcəyi və Azərbaycanla sülh yolunda əsas maneə kimi qiymətləndirərək, bu prosesə son qoymağın vacibliyini vurğulayıb. Onun fikrincə, bu hərəkatın davam etdirilməsi Ermənistanın bir dövlət kimi mövcudluğuna birbaşa təhlükə yaradır.
Qeyd edək ki, Paşinyanın bu yeni siyasəti hərbçilər və veteranlar arasında ciddi narazılıqla qarşılanır. Erməni mediası yazır ki, mükafatların geri alınması və güzəştlərin ləğvi cəmiyyətdə parçalanmanı daha da dərinləşdirə bilər. Artıq veteranlar Paşinyanın bu bəyanatlarının onların apardığı mübarizənin mənasını heçə endirdiyini açıq şəkildə bəyan edirlər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 25 mart 2026
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bugünki xəbərlər hava proqnozu