Paşinyanın Ərdoğanı təbrik etməyə tələsməsi erməniləri QƏZƏBLƏNDİRDİ

Paşinyanın Ərdoğanı təbrik etməyə tələsməsi erməniləri QƏZƏBLƏNDİRDİPaşinyanın hələ rəsmi nəticələr dərc olunmadan Ərdoğanı təbrik etməsi erməniləri çox qəzəbləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni türkoloq Akop Çakryan jurnalistlərə Türkiyədə keçirilən prezident seçkiləri və digər məsələlərlə bağlı söhbətində danışıb.
"Nikol Paşinyanın hələ rəsmi nəticələr dərc olunmadan Ərdoğanı təbrik etməyə tələsməsini necə qiymətləndirirsiniz, bu tələskənliyin səbəbi nə idi?" sualına Çakryan belə cavab verib:
"Belə təbrik bir az qəribədir. Ona görə ki, ilk növbədə, biz dost ölkə deyilik. Sadəcə olaraq, normallaşma prosesini həyata keçiririk.
Diplomatik münasibətlərin qurulmasından bəhs edilmir. Onlar Türkiyə sərhədinin açılamsını istəyirlər. Əvəzində Zəngəzur dəhlizini,  Azərbaycanla erkən barışıq sazişini ilkin şərt qoyurlar.
Bütün bunlardan sonra rəsmi məlumatları dərc etməzdən əvvəl Ərdoğanı təbrik etməyə nə ehtiyac var idi?
İlham Əliyev təbrik etsəydi, mənim üçün başa düşülən olardı. Amma Paşinyan niyə Ərdoğanı ilk təbrik edənlərdən olub, mən təəccüblənirəm.
Hesab edirəm ki, o, bunu düzgün etməyib. Buna nə ad verəsən? 1991-ci ildən bəri bizimlə diplomatik əlaqələr qurmadığı halda, bizə ilkin şərt qoydu.
Üstəlik, beynəlxalq hüquq normalarına görə, yaxın qonşu ilə diplomatik münasibətlərə ilkin şərtin qoyulması düşmənçiliyin aşkar təzahürüdür.
1991-ci ildən Türkiyə bizə qarşı düşmənçilik siyasəti aparır, 44 günlük müharibədə iştirak etdi.
Ona görə də bunu nəzərə almaq lazımdır. İndiki halda Paşinyan bunları nəzərə almalıdır".
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 30 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com havanın temperaturu xəbərlər son xeberler azerbaycan