Paşinyanın həbsi üçün toplaşdılar - BÜTÜN SÜBUTLAR VAR
İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Baş Prokurorluğun binasının qarşısına toplaşıb.
Publika.az xəbər verir ki, etirazçılar Ermənistana xəyanətə qanuni yollarla son qoya biləcək yeganə məmurun baş prokuror olduğunu bildiriblər. Onlar bəyan ediblər ki, Paşinyan barəsində ədalət mühakiməsinə müdaxilə maddəsi ilə cinayət işi başlana bilər: "O, Nikol Paşinyanın həbsinə qərar verər və hər şey bitər".
Vəkil Tiqran Atanesyanın sözlərinə görə, Ermənistan baş prokurorluğunda baş nazirin əmrlərini yerinə yetirməyən prokurorlar və bütöv şöbələr də var: "Cinayət işi üçün qanuni əsaslar var. Bu yaxınlarda Paşinyan hakimləri öz ofisinə dəvət etdi və müəyyən şəxslərin niyə həbs olunduğu və ya tutulmaması ilə maraqlandı. Hər şey - cinayətin əlamətləri göz qabağındadır, videoyazı var" - vəkil qeyd edib.
Qeyd edək ki, Ermənistanın hər 3 keçmiş prezidenti Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da Paşinyanın istefasını tələb etdilər.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək