Paşinyanın "İsgəndər" etirafı: Əfsanənin üstündən xətt çəkilir - TƏHLİL

Paşinyanın "İsgəndər" etirafı: Əfsanənin üstündən xətt çəkilir - TƏHLİL Paşinyanın "İsgəndər" etirafı: Əfsanənin üstündən xətt çəkilir - TƏHLİL
Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarqsyanın İkinci Qarabağ Müharibəsində "İsgəndər" operativ-taktiki raketlərindən niyə istifadə edilmədi" iradına cavab verib.
Paşinyan deyib: "Ona sual vermək lazımdır ki, "İsgəndər" niyə partlamadı? Ya da mərmisinin 10 faizi partladı".
Düzü, bu müharibədə "İsgəndər"in atıldığına dair aydın və konkret dəlillər yoxdur. Bununla belə rəsmi istinad nöqtəsi kimi Paşinyana etibar etsək, Azərbaycana qarşı "İsgəndər"dən atəş açıldığı haqqında gümanla danışmaq olar.
Niyə gümanla? Məsələ ondan ibarətdir ki, Ermənistan "İsgəndər" amilindən psixoloji üstünlük qazanmaq üçün faydalanmağa çalışırdı, amma cəhdləri əbəs oldu.
Azərbaycan üçün "İsgəndər" qırmızı xətt idi, bunu müharibənin ilk günlərində elan etməklə Azərbaycan psixoloji səddi yardı, əgər həmin raket atılsaydı (Paşinyanın dediyinə görə atılıb) Ermənistan üçün daha acı nəticələrə gətirib çıxaracaqdı.
Serj Sarqsyan "İsgəndər"in müharibənin son günlərində Şuşa istiqamətinə atıldığını demişdi və bunu strateji yanlışlıq kimi qiymətləndirmişdi. Sarqsyan belə hesab edir ki, "İsgəndər" müharibənin ilk günlərində atılmalı və və eyni zamanda Azərbaycanın neft-qaz kəmərləri dağıdılmalı idi.
Bununla da Sarqsyan "İsgəndər" raketindən mülki əhaliyə və mülki infrastruktura qarşı istifadəsi edilməsinin vacibliyini dilə gətirmiş olur. 
Sarqsyandan əvvəl, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan bu gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, "İsgəndər" istifadə olunub, lakin hansı istiqamətə atıldığını deyə bilməz.
Nə Akopyan, nə Sarqsyan, nə də Paşinyan həmin raketin mülki əhaliyə qarşı istifadəsinə etiraz etmir. Onlar üçün yüksək dağıdıcı gücə malik raketin dinc əhaliyə münasibətdə tətbiqi yolveriləndir. Paşinyan özü də raketin atıldığı koordinat barədə məlumat verməyib. 
Nikol Paşinyan sadəcə özünü təmizə çıxarmağa çalışan Sarqsyan və onun komandasına mesaj verir. Mesajın mahiyyəti budur ki, Ermənistan müharibədə Serj Sarqsyan hakimiyyəti dövründə Rusiyadan alınan yararsız silahlarla vuruşub və ümumiyyətlə ordu arsenalındakı silahlarla qürrələnməyə dəyməz.
Nəzərə alaq ki, bu zamana qədər Ermənistana satılan Rusiya silahlarının yararsız olduğuna dair dəfələrlə məsələ qaldırılıb.
Ermənistan müharibəyə qədər "İsgəndər"lə lovğalanırdı, bu raketlərin həlledici gücünə arxalanırdı. Ancaq real döyüş meydanı hərbi gücdəki müqayisəyəgəlməz nisbəti ortaya qoydu, Azərbaycanın ən müasir və dəqiq zərbələr vuran silahlara malik olduğu aydınlaşdı.  
"İsgəndər"lər hava hücumundan müdafiə sisteminə yem ola bilir. Amma Azərbaycanın balansında olan ən müasir pilotsuz zərbə aparatları hava hücumundan müdafiənin də radarlarını yarır, üstəgəl "İsgəndər"in özünü də hədəfə alır.
Rusiya bu zamana qədər "İsgəndər"i, o cümlədən ən güclü "İsgəndər-M" raketini əfsanəvi təqdimatla tanıdıb, lakin hərbi sahə üzrə ixtisaslaşan nəşrlərdə raketin faydalılığı şübhə altına alınıb.
Başqa bir məqama da diqqət çəkək. Ermənistanın balansında olan əvvəlki nəsil "İsgəndər"lərdir, söhbət "İsgəndər-E"dən gedir.
Elə Paşinyan da raketin analoqsuz təqdimatına qarşı çıxaraq əslində Rusiyanın silah bazarını hədəfə alır.
Paşinyan həm də onu qarşıya məqsəd qoyduğunu deyir ki, gələcəkdə Ermənistan Rusiyadan silah tədarükü asılılığını azaltmaq niyyətindədir.
Azərbaycanın Vətən müharibəsində düşmənə müasir silahlarla endirdiyi zərbələr də göstərdi ki, "İsgəndər" nəslini asanlıqla dağıdıla bilər. Təsəvvür edin, əfsanəni onun bir qanadı boyda olan pilotsuz zərbə aparatı dağıdır.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 24 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava durumu dunya xeberleri cəbhədən son durum