Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI

Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASIPaşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI
Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 14-də BBC telekanalının "HARDtalk" verilişinin aparıcısı,  jurnalist Stiven Sakurun kəskin, lakin obyektiv sualları qarşısında aciz duruma düşdü.
Paşinyanın bu vəziyyətə düçar olmasının səbəbi yalnız onda deyil ki, bu şəxs  xarici - ingilis dilini mükəmməl səviyyədə bilmir və yaxud bir siyasətçi kimi yetkin fiqur deyil, deyəsən, heç belə bir şansı da yoxdur.
Məsələnin məğzi ondadır ki, Paşinyanın təmsil etdiyi dövlət Ermənistan-Azərbaycan münaqişəsində ilk gündən təcavüzkar, işğalçı, ədalətsiz mövqenin ifadəçisinə və təcəssümünə çevrilib.
Ermənistanın göstərdiyim parametrlər üzrə düşdüyü, daha doğrusu, özünü yuvarladığı bu  durum BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884, BMT Baş Assambleyasının 62/243 nömrəli qətnamələrində beynəlxalq səviyyədə öz  təsdiqini  artıq tapıb, rəsmi qaydada işğalçı qismində tanınıb.
Buna baxmayaraq, Ermənistan bu qətnamələrin tələbinə, beynəlxalq qanunvericiliyə əməl etmir, işğal etdiyi ərazilərimizi qeyd-şərtsiz tərk eləmir.
Əksinə, "Bonn International Center for Conversion" (BİCC) kimi mötəbər təşkilatın hazırladığı məruzəyə əsasən, dünya üzrə silahlanma siyahısında Ermənistan 2014-cü ildən etibarən üçüncü sırada qərarlaşıb. Təkcə bu faktın özü onun göstəricisidir ki, düşmən öz təcavüzkar siyasətindən imtina etmək fikrində deyil, ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır.
Başqa sözlə, Ermənistan işğalçılıq siyasətinə sadiqdir, yeni hərbi doktrinasını həyata keçirməkdə israrlıdır. Bu doktrinanın məğzi isə yeni müharibə, yeni ərazilərin işğalı niyyəti deməkdir. İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu niyyətin tərkib hissəsidir.
Təxribatdan sonra - iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana yeddi reyslə göndərilmiş 400 ton həcmində hərbi yük isə onun göstəricisidir ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrdən bəziləri iştirakçısı olduqları vasitəçilik missiyasının tərəfsizlik mahiyyətinə lazımi diqqət yetirmirlər.
Belə münasibət BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin və vasitəçilik missiyasının mahiyyətinə ziddir.
Ermənistanın Baş naziri N.Paşinyan məhz işğalçı və təcavüzkar siyasətin daşıyıcısı və iştirakçısı olduğu üçün ilk siyasi iflasa Münhen Təhlükəsizlik Konfransında uğradı.
Dövlət başçıları arasında keçirilən ilk ictimai debatda Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz haqlı tərəfin təmsilçisi olduğu üçün, haqq və tarixi ədaləti, beynəlxalq hüququn tələblərini yüksək siyasi və peşəkar diplomatik səviyyədə Ermənistanın dövlət başçısına  başa saldığına görə Paşinyan bütün dünyanın gözü önündə aciz və çıxılmaz duruma düşdü.
Dövlətimiz uzun illər ərzində ikili standartlarla mübarizə aparmaq məcburiyyətində qalıb. Təəssüf ki, bir çox hallarda bu cür ikili yanaşma beynəlxalq jurnalistikadan da yan keməyib.
Tanınmış jurnalist Stiven Sakurun Paşinyandan götürdüyü müsahibə peşəkar və obyektiv jurnalistikanın nadir, əvəzsiz nümunələrindən biridir. S.Sakurun sualları ədalət deyilən qavramın real ifadəsidir. Ədalət isə haqqın təcəssümü olduğu üçün onun qılıncı bütün hərbi silahlardan daha kəsərlidir.
Həmin müsahibədə jurnalistin kəskin sualları qarşısında Paşinyanın aciz durumu açıq-aydın ortada idi. Bu sualların və onlara verilən qeyri-peşəkar, səviyyəsiz cavabların hamısını sadalamaq fikrində deyiləm.
Daha yaxşısı o olardı ki,marağı olanlar müsahibəni özləri izləsin. Lakin müsahibə boyu ədaləti ortaya çıxarmağa xidmət edən suallardan birini qeyd etməyim yerinə düşərdi.
Bu sual işğalçı Ermənistanın təxribatçı siyasətinin mahiyyətini bir daha ortaya qoyur:
"Niyə siz ötən ilin avqustunda "Stepanakert"ə (Xankəndiyə) gedərək, "Artsax (siz Dağlıq Qarabağı belə adlandırırsınız) Ermənistandır və nöqtə" bəyanatını verdiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu,Azərbaycana qarşı açıq-aydın bir təxribat idi".
Ermənistan-Azərbaycan münaqişəsinin təməlində işğalçı Ermənistanın həmin sualda səslənən  məhz bu cür təxribatları dayanır, Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu təcavüzkar siyasətin davamıdır... S.Sakura dərin təşəkkürlər...
Ülvi Quliyev
Milli Məclisin deputatı
Modern.az /oxu.az

Siyasi       Tarix: 15 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az