"Paşinyanın Rusiyadan izahat tələbi dəlilikdir" - Arman Abovyan

Bu gün Nikol Paşinyanın hökumətin iclasındakı çıxışına düşmən ölkədə münasibət bir mənalı olmayıb. Bəzi siyasi qüvvələr Paşinyanın mövqeyini təftiş edib, onun Qarabağla bağlı mövqeyinə fərqli rakurslardan yanaşıblar. Ermənistan müxalifətinin təmsilçisi Arman Abovyan özünün Telegram kanalında Paşinyanın çıxışı barədə yazıb:
"Paşinyanın hökumət iclasında növbəti çıxışı kifayət qədər standart idi. O, Qarabağı Azərbaycana təslim etməklə Ermənistanı qoruyacağını düşünür. Paşinyan elə güman edir ki, bunun müqabilində tərəflər sülhə nail olacaq. Bu prinsipin absurdluğu bir neçə dəfə təkzib edilib. Hökumətin iclasında səslənən yeni fikirləri necə xarakterizə edəcəyimi bilmirəm. Mən daha çox Paşinyanın Azərbaycan tərəfi ilə güc oyununun variantını nəzərdən keçirirəm.
Xüsusilə, Paşinyan İlham Əliyevin Laçın dəhlizinin açıq olması ilə bağlı dediklərinə istinad edərək, Rusiyadan izahat tələb edib. Buna izahatı ruslar verməlidir? Bu, sadəcə dəlilikdir".
Laçın sərhəd-keçid məntəqəsinin qarşısına toplaşan 19 maşından ibarət yük karvanı hələ də gözləyir. Ermənistan hakimiyyəti isə Rusiya tərəfini ittiham etməklə rusları da oyuna qatmağa çalışır. Paşinyanın bu gün sərhəddən buraxılmayan yüklərə görə Rusiyanı günahlandırması sadəcə siyasi oyundur. Azərbaycanın suveren ərazilərinə xəbərdarlıqsız soxulmaq istəyən Ermənistanın yük karvanı isə bir mənalı olaraq Laçın yoluna buraxılmayacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli