Paşinyanın vaxtı daraldı – Regionda bu kəşfiyyat orqanları at oynadır - MÜSAHİBƏ

Paşinyanın vaxtı daraldı – Regionda bu kəşfiyyat orqanları at oynadır - MÜSAHİBƏErmənistanın qərbyönlü siyasəti Rusiyada birmənalı qarşılanmır və iki ölkə arasında gərginliyə səbəb olub. Üstəlik, öz müttəfiqinə "buynuz göstərən" Ermənistan Qərbdən aldığı təlimatlara uyğun hərəkət etməklə sülh müqaviləsini imzalamaqdan yayınır. Amma ötən həftə birgə bəyanatdan sonra Ermənistanı sülh yolundan sapındıran bəzi Qərb dövlətləri hər iki ölkəni alqışlayıb. Sülh müqaviləsinin imzalanması isə hələ də real görünmür.
KONKRET.azməsələ ilə bağlı rusiyalı hərbi ekspert İqor Korotçenkonun müsahibəsini təqdim edir.
– Bakı və İrəvanın 7 dekabr birgə bəyanatını necə qiymətləndirirsiniz? Nəhayət, sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edə bilərikmi?
– Əslində, biz bunu irəliləyiş kimi qiymətləndirə bilərik, çünki buna qədər bütün danışıqlar yalnız vasitəçilərin dəstəyi ilə və xarici platformalarda aparılırdı. Burada birbaşa razılaşmalar və əldə edilən aşkar uğurlar var. Söhbət müsbət tərəflərdən gedir. Bununla belə, bir maraqlı məqam sual doğurur. Ermənistan uzun illər müqavilə mətnində irəli sürməyə çalışdığı əsas prinsipindən – Qarabağ erməniləri probleminin ayrıca qeyd edilməsindən əl çəkəcəkmi? Azərbaycan buna cavab olaraq, Ermənistan ərazisindən zorla qovulmuş 300 min azərbaycanlının öz ata-baba yurduna qayıtmaq məsələsini qaldırır. Təbii ki, Ermənistan belə bir təklifə razı olmayacaq. Hesab edirəm ki, Paşinyanın mövqeyindən çox şey asılıdır. İmzalanmanın ilin sonuna qədər baş tuta biləcəyi ilə bağlı optimist proqnozlara arxalansaq, o zaman Əliyev və Paşinyanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülə bilər. Əslində gələn il müqavilə bağlamağa ciddi maneə yoxdur. Əsas odur ki, bu fakt gerçəkləşsin.
Amma Paşinyanın lazım gələrsə, növbədənkənar parlament seçkiləri keçirməyə hazır olması ilə bağlı bəyanatı çox güman ki, aşağıdakı mümkün ssenaridən xəbər verir. Baş nazir nəhayət ki, sazişdəki ilkin şərtlərdən imtina edib, onu imzalayacaq, eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsini elan edəcək. Bu, ona məsuliyyət yükünü üzərindən götürməyə imkan verəcək. Gəlin görək, gələcəkdə vəziyyət necə inkişaf edəcək. Nikol Vovayeviçin hiyləgərliyini və hazırcavablığını nəzərə alsaq, hər şey mümkündür.
İnanıram ki, o, hələ də, necə deyərlər, "yerdəki vəziyyət"in reallıqlarından çıxış edir. Nə qədər tənqid olunsa da, başa düşür ki, müqavilənin imzalanmasında israrlı olmaq ona heç nə verməyəcək. Çünki Qarabağ Ermənistan üçün həmişəlik itirilib və ermənilərin artıq bu mövzuda spekulyasiya etmək imkanı yoxdur.
– Siz fikir verdinizmi, sülh müqaviləsinə mane olan tərəflər birgə bəyanatla bağlı Azərbaycan və Ermənistanı təbrik etdilər…
– Hesab edirəm ki, bu, ABŞ-ın, Fransanın, Avropa Birliyinin müəyyən hiyləsidir. Bakı ilə İrəvan arasında sülh müqaviləsi Qərbi Azərbaycan üzərində istənilən təsir rıçaqlarından məhrum edir. Və hesab edirəm ki, Qərb şifahi olaraq bunun əksini bəyan etsə də, imzalanmamasında çox maraqlıdır. Bu yaxınlarda Ermənistanda Aİ-nin müşahidə missiyası kontingentinin artırılması qərara alınıb. Bu, Azərbaycan, İran və Rusiyaya qarşı düşmənçilik fəaliyyəti kimi şərh edilməlidir. Çünki bu missiyanın onurğa sütununu diplomatik pərdə altında Avropa ölkələrinin peşəkar kəşfiyyatçıları təşkil edir. İlk növbədə bunlar Fransanın xarici kəşfiyyatı (DGSE), Almaniyanın xarici kəşfiyyatı (BND) və digər kəşfiyyat xidmətləridir. Təbii ki, onlar Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasında maraqlı deyil.
– Bəs Rusiya?
– Rusiya tamam başqa məsələdir. Moskva nəqliyyat dəhlizlərinin maneəsiz fəaliyyət göstərməsində maraqlıdır. Çünki onları Cənubi Qafqazda sülhün formalaşması üçün mühüm element hesab edir. Azərbaycan və İran üzərindən çəkiləcək nəqliyyat dəhlizi bir çox mühüm logistika problemlərini həll edəcək. Rusiya da Gürcüstanla münasibətləri gücləndirməkdə sadiqdir, çünki o, regionda tamhüquqlu sülhün bərqərar olmasında maraqlıdır.
– Bəs Zəngəzur dəhlizi? Bu marşrutla Ermənistandan keçmək mümkün olacaqmı?
– Məsələ burasındadır ki, Azərbaycan tranzit dəhlizinin öz hissəsini İran ərazisindən keçirir. Ona görə də Ermənistan yenə lazımsız dövlətə çeviriləcək. Çünki o, özü bu cür siyasət aparır. Onlar "Dünyanın kəsişməsi" layihəsi ilə əslində qlobal dalana dirənəcək. Azərbaycanla sülh müqaviləsinin olmaması isə Ermənistanla Türkiyə arasında münasibətlərin bərpasına mane olur. Bu isə o deməkdir ki, belə bir layihənin perspektivi yoxdur. Bütün investorlar da bunu görür və başa düşür. Ona görə də Paşinyanın vaxtı azdır. Azərbaycanla sülh müqaviləsi iqtisadi və siyasi vəziyyətdən yeganə çıxış yoludur.
– Ermənistan – Rusiya münasibətlərində bundan sonra nə olacaq?
– Ermənistanla Rusiya arasındakı münasibətlər özünün gərgin dövrünü yaşayır. Paşinyan Qərbə üz tutur, NATO ölkələrindən silah almağa başlayıb. İrəvanın bu siyasəti böyük ehtimalla gələcəkdə də davam edəcək. Düzdür, hələlik Paşinyan Moskvanı qıcıqlandıran kəskin hərəkətlər etməyəcək. Eyni zamanda, MDB və KTMT çərçivəsində istənilən siyasi format və görüşlərdən uzaqlaşacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 15 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda