Patriarx Kirill İlham Əliyevi təbrik edib
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu! Sizi və rəhbərlik etdiyiniz respublikanın bütün sakinlərini əlamətdar yubiley – Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Heydər Əlirza oğlu dövlətə xidmət etdiyi uzun illər ərzində özünü səmimi vətənpərvər və uzaqgörən siyasi xadim, xalqının rifahı naminə yorulmadan çalışan məsul və həssas rəhbər kimi göstərib. Həmçinin qeyd etmək sevindiricidir ki, ölkə onun rəhbərliyi ilə sosial və iqtisadi sahələrdə böyük dəyişikliklərə nail olmaqla yanaşı, həm də özünəməxsus xüsusiyyətlərini, ənənəvi mənəvi-əxlaqi dəyərlərə sadiqliyini qoruyub-saxlaya bildi.
Sizin atanızın Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının dirçəlməsinə, dinlərarası dialoqun inkişafına, millətlərarası sülhün və vətəndaş barışığının yaradılmasına verdiyi böyük şəxsi töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, bütün Azərbaycan xalqına isə firavanlıq və sülh arzulayıram". / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi