Pavel Klaçkov: "Ermənistanın suverenlik dərəcəsi getdikcə azalır
Pavel Klaçkov: "Ermənistanın suverenlik dərəcəsi getdikcə azalır"
Ermənistanda seçim etmək, eyni zamanda özünün qorunmasını və suveren görünüşünü təmin etmək dərəcəsi getdikcə aşağı düşür.
Caliber.Az-ın məlumatına görə, bunu rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin filial müdiri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov bu gün Ermənistanın nə dərəcədə müstəqil respublika sayıla biləcəyi ilə bağlı şərh verərkən deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin xarici siyasətinin keyfiyyətini dəyişdirməyi, "emosiyaları kənara qoyub praqmatizm, soyuq başla hesablama, hərtərəfli təhlil və dialoqa əsaslanan gündəm qurmağı" təklif edib.
"Sarkisyan praqmatizmdən yalnız Rusiya-Ermənistan münasibətləri kontekstində deyil, həm də Qərblə münasibətlərdən nümunələr verməklə danışıb", - deyə professor əlavə edib.
Ekspert bildirib ki, hökumət maksimum təhlükəsizlik və böhrandan çıxış yolunu təmin edəcək müəyyən farvater axtarır.
"Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinin zəruriliyindən ibarət olan konstruktiv bir xətt var. Bunu anlamaq normal bir dialoqun başlanğıcı ola bilər", - deyə o, vurğulayıb.
Politoloq eyni zamanda martın 30-da Sarkisyanın "hərəkətləri gözlənilməz tərəfdaşın müttəfiq sayılmadığını" deyərək, Rusiyanın Ermənistan üçün proqnozlaşdırıla bilən olmasının zəruriliyindən danışdığını xatırlatdı.
"Rusiya tərəfindən Qarabağ müharibəsində faktiki məhvdən xilas edilən ölkə adından deyilən bu ifadələr, ən azı qəribədir. O zaman Ermənistan prezidentinin İrəvan ilə münasibətlərdə Moskvanın da müəyyən hesablamalar aparmalı olduğu barədə sözlərini parafrazlaşdırmağa dəyər", - deyə Pavel Klaçkov qeyd edib. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi