Payızda milyonlarla insan işsiz qalacaq - QORXUNC PROQNOZ
Payızda Rusiyada işsizlərin sayı 20 milyona çata bilər.
Publika.az xəbər verir ki, bu sözləri "Superjob" işaxtarma saytının rəhbəri Aleksey Zaxarov "İnterfaks"a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə işsizlik rəqəmləri rəsmi açıqlamalardakından 5-6 dəfə çoxdur: "Hazırda Rusiyada real işsiz sayı 10 milyon civarındadır. Halbuki rəsmi rəqəmlərdə bu, 2 milyon kimi göstərilir. Yeni tip koronavirus pandemiyası səbəbilə şirkətlər ixtisar və iflas kimi vəziyyətləri fiziki olaraq gerçəkləşdirə bilmir. İşsiz qalanların çoxu da rəsmi qurumlara müraciət etmir. Çünki bir çox insan üçün bunun heç bir mənası yoxdur".
Rusiyanın Əmək naziri Anton Kotyakov ölkədə 2,2 milyon qeydiyyatda olan işsiz yaşadığını açıqlayıb.
Dövlət başçısı Vladimir Putin bir müddət əvvəl verdiyi açıqlamada pandemiya səbəbilə ölkədə işsizliyin artdığını dilə gətirmiş, dövlət qurumlarının bu problemə diqqət göstərməsini tələb etmişdi.
Xatırladaq ki, Rusiyada pandemiyaya görə işini itirənlərə aylıq 12 min 130 rubl (177 dollara yaxın) yardım edilir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi