Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir

Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmirPaytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir
Ermənistanın siyasi-hərbi rəhbərliyi bic vərdişlərindən və əməllərindən əl çəkmir, çəkməyəcək də. Döyüşlərdə hər yeni məğlubiyyətə uğradıqdan sonra, kritik vəziyyətlə üzləşən kimi Paşinyan havadarlarına üz tutub kömək dilənir. Oktyabr ayında məhz onun yalvar-yaxarından sonra, Moskvada iki dəfə humanitar atəşkəs elan olundu. Hər ikisində razılığı xaincəsinə Paşinyanın özü pozdu. Hər dəfəsində də, razılıqdan heç bir gün keçməmiş, Gəncə şəhəri Ermənistan ərazisindən atılan raket zərbələrinə məruz qoyuldu.
Paşinyanın bu müddətdə törətdiyi müharibə cinayətləri nəticəsində 60-dan çox mülki vətəndaşımız həyatını itirib, 300-ə yaxın mülki şəxs yaralanıb.
Üçüncü humanitar atəşkəs razılığı isə Vaşinqtonda elan olundu. Məgər şəhərlərin adları, atəşkəsə ev sahibliyi etmiş ölkə başçılarının soyadları dəyişəndə, Paşinyanların, Tonoyanların, Sarkisyanların, yaxud Ermənistan siyasi-hərbi  hakimiyyətində təmsil olunan başqa "yan"-ların xisləti dəyişəcəkmi? Dəyişməyəcək! Rəsmi məlumat da bunu təsdiq edir: bu gün saat 08:04-dən Ermənistan silahlı qüvvələri Tərtər rayonunu və kəndlərini atəşə tutur, 08:05-dən isə artilleriya və minaatanlarla qüvvələrimizə hücum edir.
Üçüncü humanitar atəşkəs də Ordumuzun növbəti hərbi uğurundan, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edildikdən sonra elan olundu. Elə bil ki, avantürist Paşinyan hakimiyyətinə  kimlərsə bilərəkdən nəfəslik açır, siyasi ömrünü uzatmaq və tam məğlubiyyətini ertələmək üçün ona vaxt qazandırır. Riyakar Ermənistan hakimiyyəti isə bundan istifadə edir, əlavə canlı qüvvə və silah-sursat toplayır. Kimlərinsə ifadəsinin arxasında qalan siyasi ünvanlar məgər cəmiyyətimiz üçün hələ də gizlidirmi? Xeyr, artıq gizli deyil, onlar özlərini bəyanat və əməlləri ilə çoxdan ifşa ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində etdiyi çıxışında  açıq şəkildə bildirdi ki:
"Bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və İrəvana nə vaxt gəlib və içində nə var".
ATƏT-in Minsk Qrupunun həmsədrləri də Vaşinqtondan Dağlıq Qarabağla bağlı növbəti birgə bəyanatlarını yayıblar. Onların arasında "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik" kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəçilik öhdəliyinə zidd bəyanatı verən Fransa da var. Belə olan halda, cəmiyyətimiz bu cür bəyanatlara yenidən güvənə bilərmi?!
Prezident İlham Əliyev Müdafiə Nazirliyindəki operativ müşavirədə çıxışında "Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür" fikirlərini açıq şəkildə bildirərkən bütövlükdə Azərbaycan xalqının iradəsini və gözləntisini ifadə edirdi.
Vasitəçilərin növbəti bəyanatından da sui-istifadə edib humanitar atəşkəs razılığını artıq üçüncü dəfədir ki, pozan işğalçıya heç bir inam ola bilməz.
Allah Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!
Milli Məclisin deputatı                                                         
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 26 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb. xəbər verir ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydal

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hə

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 canli cəbhədən son məlumatlar futbol xeberleri son xəbərlər