Pəhriz məhsulları hər orqanizm üçün fərdi qaydada olmalıdır
Artıq çəkidən azad olmağın müxtəlif üsulları var. Şübhəsiz ki, bu sahədə idman məşğələlərlə yanaşı, diyetik yeməklərə üstünlük verilməsi də əsas və aparıcı yer tutur.
Diyetik yemək duz, şəkər və un məmulatlarından istifadə edilməməklə hazırlanır. Həmin yeməklərin hazırlanmasında xüsusi qida məhsullarından istifadə olunur. Məsələn, xörəklərin tərkibinə un məmulatı kimi yalnız yulaf və qarabaşaq unu daxil edilir.
Orqanizmə uyğun olan düzgün qida məhsullarının müəyyənləşməsi üçün mütəxəssislərə müraciət etmək vacibdir, çünki pəhriz məhsulları hər orqanizm üçün fərdi qaydada hazırlanır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Diyetik yeməklərdən ibarət pəhrizə başlamamışdan əvvəl hormon və insulin çatışmazlığı analizləri ilə yanaşı, orqanizmin ümumi analizləri verilməlidir. Həmin analizlərə, eləcə də hər kəsin xəstəlik və fərdi keyfiyyətləri nəzərə alınmaqla pəhriz menyusu tərtib edilir. Məsələn, uşaqlar üçün, şəkərli diabet xəstələri, mədəsində qastrit olanlar və s. üçün fərdi menyular var".
Arzuolunmaz çəkidən xilas olarkən mütləq sağlamlığın da qeydinə qalmaq tələb olunur. Əks təqdirdə orqanizm üçün təhlükə yaranmış olar.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar