Pendirin faydaları - Yaddaşı möhkəmləndirir...
Süd məhsullarının orqanizm üçün faydaları olduqca çoxdur. Ən çox istifadə etdiyimiz süd məhsuallarından biri də pendirdir. Gündəlik olaraq süfrələrimizi pendirsiz təsəvvür etmək mümkün deyil.
Milli.Az Lent.az-a istinadən bildirir ki, pendirin hansı faydaları var? E-tibb.az bu barədə daha bir maarifləndirici yazını - pendirin orqanizmə faydaları barədə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin hazırladığı materialı təqdim edir:
Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 %-ə qədər zülal, 60 %-ə qədər yağ və 3,5 %-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200-400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ-bərk, yarımbərk, yumşaq, toz, krem və s. şəklində pendir hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.
Pendirin faydaları:
Kalsium mənbəyi
Fol turşusu və B2 vitamini ilə zəngin
Təbii probiotik
Sinir sistemi üçün faydalı
Güclü antioksidant
Həmçinin, pendir yaddaşın möhkəmlənməsini təmin etməklə yanaşı immun sistemini də gücləndirir.
Pendir hazırlayarkən pasterizə və ya sterilizə edilmiş süddən istifadə tövsiyə olunur. Pendirin duzda düzgün yetişdirilməsi də vacib şərtlərdən biridir.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?