Pensiya alanlara VACİB XƏBƏR - Vəfat edənin pensiyasını
Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?
Bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, atasını və ya anasını itiridiyinə görə, 18 yaşınan çatmamış uşaqları onun pensiyasını ala bilər:
"Ailə başçısını itirməyə görə, müavinətlərin verilməsi sosial müavinətlər haqqında qanuna uyğun şəkildə verilir. Sözügedən qanunun 1.0.1 sosial müavinət "sosial müavinətlər" haqqında qanunda nəzərdə tutulmuş ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəliködənilən pul vəsaitidir. Qeyd edim ki, 4.0.1.5 sosial müavinətlərin kateqoriyalarından biri də ailə başçısını itirməyə görə veriləndir. Bu qanuna görə, vəfat etmiş şəxsin 18 yaşına çatana qədər əlilliyi olan, sağlamlıq imkanları məhdud olmuş şəxslər əlillik müddəti boyunca ala bilirlər. Hər hansı bir sağlamlıq məhdudiyyəti olmayan və təhsil alan 18-na qədər olan şəxslər, eyni zamanda təhsil aldığı halda burada söhbət əyani təhsildən gedir. 23 yaşına qədər olan şəxslər ailə başçısını itirməyə görə aylıq sosial müavinət ala bilirlər".
Hüquqşünasın bildirib ki, aylıq verilən sosial müavinətin məbləği 120 manat müəyyənləşdirilib. Onun sözlərinə görə, bu əməliyyat elektron qaydada və proaktiv şəkildə həyata keçirilir: "Hər hansı bir yerə müraciət etməyə ehtiyac yoxdur. Bu proses elektron və proaktiv şəkildə təyin olunan bir müavinətdir".
Ramil Süleymanov bildirib ki, Əgər müavinətin təyin olunması ilə bağlı və ya verilməsilə bağlı hər hansı bir sıxıntı olarsa, vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsini, doğum haqqında şəhadətnaməsini əgər arvadıdırsa, nikah haqqında şəhadətnaməni və şəxsiyyəti təsdiq edən sənədi Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə və ya DOST mərkəzinin regional ofisinə müracitət etməklə sosial müavinətin təyin olunmasına nail ola bilər – deyə qeyd edib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi