Pensiya sistemində yenilik

Pensiya sistemində yenilikAzərbaycanda pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməz. İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Aylıq pensiya məbləği orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir.
Ancaq bəzi insanlar pensiya kapitalından tam yararlanmaq istəyir. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Ekspertlər deyir ki, yaxın gələcəkdə Azərbaycanda yaradılacaq özəl pensiya fondları vasitəsilə pensiya kapitalını birdəfəyə götürmək mümkün ola bilər.
Yəni insanlar məcburi dövlət sosial haqqı ilə bərabər özəl pensiya fonduna da vəsait ödəyə və əlavə pensiya kapitalı yarada biləcəklər. Azərbaycanda vətəndaşların məcburi dövlət sosial haqlarının bir hissəsini dövlət ödəyir. Ancaq özəl pensiya fondu yaradılacağı təqdirdə vəsaiti özü ödəməlidir. Bəzi dövlətlərdə özəl pensiya fondunda ödənişlərin bir hissəsini də dövlət ödəyir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması ilə bağlı normativ sənədlər üzərində iş gedir.
Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov özəl pensiya fondlarının müsbət cəhətləri olduğu kimi çətinliklərinin də olduğunu söyləyib:
"Dövlət Sosial Müdafiə Fonduna məcburi ödəniş həyata keçirilir. Çünki qanunvericilikdə bu, belədir. Əgər  vətəndaş özəl pensiya fondu vasitəsilə də yığım həyata keçirmək istəyirsə, əlavə ödəniş də etməli olacaq. Bəli,özəl pensiya fondlarının üstünlükləri var. Amma belə çətinlikləri də mövcuddur. Yəni vətəndaşda seçim hansı formada olacaq? Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial ödənişlərin həyata keçirilməsi üçün əlavə vəsait varmı ki, özəl fond üçün də həyata keçirsin?".
Qeyd edək ki, hazırda işləyənlərin  məcburi dövlət sosial haqları əməkhaqqının 25 faizi həcmindədir. Dövlət  sektorunda işləyənlər əmək haqqının 3 faizi, özəl sektorda işləyənlər isə 10 faizi həcmində sosial sığorta ödəyirlər. Vətəndaşlar əgər özəl pensiya da almaq istəyirlərsə, bunun üçün əlavə ödəniş etməli olacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə AzTV-yə söyləyib ki, özəl pensiya fondları gələcəkdə ölkə iqtisadiyyatında öz rolunu artıra bilər:
"Gələcəkdə müvafiq resurs təminatı olduqdan və infrastrukturla əlaqədar özəl pensiya fondlarının menecmenti ilə bağlı beynəlxalq və yerli standarlar təmin edilərsə, düşünürəm ki, özəl pensiya fondlarının həm yığım, həm investisya baxımdan rolu ölkə iqtisadiyyatında və ölkənin sosial həyataında artmış olacaq". / azxeber.com

Sosial       Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler