Pensiya təyinatında hansı dəyişikliklər ediləcək?

Pensiya təyinatında hansı dəyişikliklər ediləcək?Pensiya təminatının daha təkmil mexanizmlər vasitəsilə həyata keçirilməsi üzrə qarşıda duran vəzifələrin icrasının təmin olunması, eləcə də sistemin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə bundan sonra da islahatlar davam etdiriləcək.
KONKRET.azxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-in pensiya təyinatında nəzərdə tutulan dəyişikliklər ilə bağlı sorğusuna cavabında bildirilib.
Qeyd edilib ki, pensiya təminatı sisteminin təkmilləşdirilməsi, o cümlədən pensiyaçıların sosial rifahının yaxşılaşdırılması, habelə sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, dövlət pensiya təminatında maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə ciddi islahat tədbirləri reallaşdırılıb.
"Təkcə son 1 ildə bu istiqamətdə böyük əhəmiyyətə malik olan əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya təminatında kapital məcburiliyinin aradan qaldırılması və hesablanma mexanizmində müsbət dəyişiklikləri, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin pensiya təminatının gücləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyi misal olaraq göstərə bilərik.
Bununla yanaşı, 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək vahid qaydada artırılması mexanizmi tətbiq edilmiş, beləliklə bütün növ pensiyaların hər ilin əvvəlində avtomatlaşdırılmış qaydada artırılması təmin edilmişdir. Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmişdir.
Bundan əlavə dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərin pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılması mümkün olmuşdur.
Pensiya təminatının daha təkmil mexanizmlər vasitəsilə həyata keçirilməsi üzrə qarşıda duran vəzifələrin icrasının təmin olunması, eləcə də sistemin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə bundan sonra da islahatlar davam etdiriləcəkdir", – deyə bildirilib.

Sosial     Baxılıb: 122   Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Toya gedərkən faciəvi şəkildə ölən bacıların - Fotoları

Ötən gecə Biləsuvarda ölümlə nəticələnən qəza baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, toya gedərkən avtomobilin kanala düşməsi nəticəsində iki bacı həlak olub. Ölən bacılardan 1993-ci il təvəllüdlü Ayta

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib. xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti

Oğuzda mikroavtobus qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub, 6 nəfər xəsarət alıb

Oğuzda mikroavtobusun qəzaya uğraması nəticəsində ölən şəxsin kimliyi məlum olub. Rayonun Sincan kəndində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyya

13 il əvvəlki cinayət işi yoxa çıxıb? - Baş Prokurorluqdan açıqlama

Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində istintaq aparılmış cinayət işinin guya 13 il əvvəl tamamlanaraq baxılması məhkəməyə göndərilməsi və sonradan həmin işin yoxa çıxması barədə məlumatlar yayılıb

Hacı Mazan'ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan" kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı əmr daxili işlər naziri, general-polkovni

Təmiz Dünya' sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTOLAR

Dekabrın 24-də "Təmiz Dünya" sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub. xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyl

Bu ərazilərdə qaz olmayacaq

Bakının bir sıra rayonlarında qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin

Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLAR

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasim

Sabiq daxili işlər nazirinin oğlu dünyasını dəyişdi

Bu gün, 27 dekabr tarixində 1991-ci il noyabrın 20-də helikopter qəzasında faciəvi şəkildə həlak olmuş Azərbaycanın daxili işlər naziri, müdafiə və təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Məhəmməd Əsədovun ailəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda cəbhədən xəbərlər axsam az xeberler xeber.az son xeberler