Pentaqondan İrana MESAJ və Tehrandan Ağ Evə CAVAB - Bakıda BOMBA səsləri

Pentaqondan İrana MESAJ və Tehrandan Ağ Evə CAVAB - Bakıda BOMBA səsləriABŞ Yaxın Şərqə aviazərbə təyyarələrinin uçuşunu təşkil edib. Pentaqondan bildirilib ki, bu uçuş İrana mesaj idi. Çünki farslar Səudiyyə Ərəbistanına hücuma hazırlaşır.
KONKRET.az xəbər verir ki, İran da məsələyə sərt reaksiya verib. Belə ki, SEPAH komandanlarından biri İranın düşməni olacaq hamını məhv edəcəklərini bildirib. Onun sözlərinə görə Tehranın hədəfi təkcə Vaşinqton olmayacaq.
Xatırlatma: Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Prezidentin Əlcəzair çıxış və ziyarətlərində ermənipərəst Fransaya mesajlar var idi. Fransa barədə qısaca deyim ki:
– Fransa İran molla rejiminin əsas himayədarlarındandır;
– Fransa Ermənistanın əsas himayədarlarındandır;
Bəli, Fransa faktoru Tehranın İrəvana bacı kimi yanaşıb qeyrət çəkməyinin əsas səbəblərindəndir.
Ərəb Dövlətləri Liqasının zirvə toplantısını həm də cinah müəyyənləşdirməsi kimi anlamaq olar. Bağlı qapılar arxasında İrana fatihə verildiyi barədə də söz-söhbət gəzir. Molla rejimini kəlmeyi-şəhadətə yaxınlaşdıran digər məsələ onların Cənubi Qafqazda sionist mərkəzləri axtararaq Azərbaycana təhdid yaratmasıdır. Noyabrın 9-da İsrail müdafiə naziri Beni Qantsın "İranı vura bilərik" deməsi, noyabrın 11-də ABŞ-ın Yaxın Şərqə iki bombardmançı təyyarə yollaması SEPAH-ı Buşsayağı guppuldatmaqdır. Amerikanın indiki İrandan daha güclü olan Səddam İraqını nə hala saldığını xatırlayanlar az deyil. Bunu ən yaxşı bilən elə İraqın fars qonşularıdır.
Ümumiyyətlə, əvvəlcə Qərbin himayəsində olub sonra qəribə şəkildə uzaqlaşan Qəddafinin də aqibəti yaxşı olmadı. Qərbin dəstəyi ilə Yeltsini əvəzləyən Putinin də "İskəndər" raketinə görə özünü Makedoniyalı İskəndər kimi aparması serləri, lirləri, hersoqları, qrafları, şevalyeləri acıqlandırdı. Nəticədə Qərb öz təsbehini Zelenskiyə verdi ki, Volodimir Vladimiri ağıllandırsın.
Qeyd: Putinin tez-tez Stalindən örnək gətirməsi və özünü onunla müqayisə etməsi təsadüfi deyil. Bakı oğrusu olan Koba – Stalin masson oyuncağı Lenini dəstəkləyib idarə etmək üçün seçilib. Əks halda qərbyönümlü Məhəmməd Əmin Rəsulzadə onu Bayıl türməsindən azadlığa buraxmazdı. AXC SSRİ işğalına düşəndə Stalin Rəsulzadəni öldürərdi və s. Lakin İosif sonradan imperatorluq eşqinə düşdü və massonlardan böyük rütbə istədi. Aldı da! Yoxsa o zamankı dünya liderləri onu gördükdə ayağa qalxmazdılar. Bu qorxu deyildi, masson lojasındakı yüksək pillə göstəricisi idi. Oxşar nümunə kimi, 2018-ci ildə Benyamin Netanyahu ilə Putinin görüşünü göstərmək olar. İsrailli siyasətçi Rusiya lideri ilə görüşəndə ayağa qalxmadı və oturaq formada sadəcə əlini uzatdı. Sanki Netanyahu şah, Putin də vəziri idi.
İran bu tip görüşlərə çox qatılmır ki, camaatın gözündən düşməsin. Nə də olmasa, fars rejimi bəzi müsəlman beyinlərə özünü "cihatçı" respublika kimi sırıya bilib. Əslində farslar yalnız ermənilərin gözündə "cihatçı" olmalıdır. Çünki farslar qriqoryanlara görə əhalisinin çoxu şiə olan Azərbaycanla düşmən olmağı da gözə aldılar. Daxildəki vətəndaş müharibəsinə rəğmən, sərhədlərindən kənara da aqressiya göstərmək istəyən İran cəhənnəmin bir addımlığındadır. Molla rejimi belə davam edərsə, Tehran 2003-ün Bağdadına dönəcək. İrana atılan bombaların səsi Bakıda da eşidiləcək.
Noyabrın 12-də isə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.
Odur ki, mollalar əmmamələrini qarşılarına qoyub fikirləşsinlər.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 12 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber son xeberler az cebheden xeber son xəbərlər