Pentaqondan SKANDAL İDDİA: Türkiyə İŞİD-ə kömək edib, ABŞ isə...
İŞİD terror təşkilatı Pentaqonun Suriyanın şimalından çəkilməsindən və Türkiyənin "Sülh çeşməsi" hərəkatının başlatmasından faydalanıb.
Publika.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) baş müfəttişi Qlinn Fayn bu iddianın yer aldığı hesabat hazırlayıb.
Hesabatda "İŞİD Türkiyənin təşkil etdiyi antiterror əməliyyatı və ABŞ qoşunlarının bölgədən qismən çəkilmə planından istifadə edib. Təşkilatın hələ də Qərbi hədəfalma imkanına sahib olması ehtimalı var" sözləri yer alıb.
"Sülh çeşməsi" ön plana çəkildi
116 səhifəlik sənəddə bildirilib ki, İŞİD Türkiyənin əməliyyatı əsnasında və ondan sonra ABŞ əsgərlərinin sayının azaldılmasından Suriyadaxili potensialını artırmaq və qaynaqlarını yenidən toplamaq, xarici hücumları planlaşdırmaq potensialını gücləndirmək məqsədilə istifadə edib.
Bağdadinin ölümü "İŞİD bitdi" mənasına gəlmir
İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümünün təşkilata vurulan əhəmiyyətli zərbə olduğu, ancaq İŞİD təhdidinin başa çatması mənasına gəlmədiyi də vurğulanıb. Əksinə, İŞİD-in yenidən Qərbə hücum edəcəyi ehtimalının yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Amerika əsgərlərini Suriyanın şimalından çəkməklə bağlı qərar vermiş, Türkiyə də 9 oktyabrda PKK/YPG terror qüvvələrinə qarşı əməliyyata başlamışdı.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək