Perinçek: "ABŞ-ın Azərbaycanda bütün təxribatları uğursuzluqla nəticələnəcək"

Perinçek: ABŞ-ın Cənubi Qafqaz planı: "Azərbaycanı tabe etdirmək üçün "narıncı inqilablar" planlaşdırılır"
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğu və Ermənistanın Rusiyanın diqtəsindən Qərbə pənah apardığı bir zamanda Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında gərginlik müşahidə edilir. Təbii ki, ABŞ-nin Azərbaycan əleyhinə qərəzli bəyanatları və atdığı addımlar rəsmi İrəvana sevgidən yox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və onun yerini tutmaqdan ibarətdir. Bu isə rəsmi Vaşinqtonun bölgə ilə bağlı yeni planlar hazırladığını da istisna etmir.
Bəs ABŞ-nin Cənubi Qafqaz planı nədir? Birləşmiş Ştatlar regionla və Azərbaycanla bağlı hansı addımları atmağa hazırlaşır?
Mövzunu KONKRET.az-a dəyərləndirən türkiyəli tarixçi, siyasi tədqiqatçı Mehmet Perinçek bildirib ki, ABŞ-nin Cənubi Qafqazla bağlı planları yeni deyil:
Perinçek: "ABŞ regionun güclü iqtisadiyyatına, böyük ordularına, tarixi dövlətçilik ənənələrinə sahib ölkələri diz çökdürmək istəyir. Onun ən başlıca hədəfləri isə Türkiyə, Azərbaycan və Rusiyadır. Bu ölkələri diz çökdürmədən ABŞ-nin bölgə ilə bağlı planlarını həyata keçirməsi mümkün deyil. Bunu etmək üçünsə bölgədə özünə tərəfdar ölkə və hökumətlər, daha doğrusu, "kukla" dövlətlər yaratması lazımdır. Biz isə tarixən bu vəzifəni Ermənistanın öz üzərinə götürdüyünün şahid olmuşuq".
Müsahibimizin fikrincə, ABŞ bu məqsədlə Ermənistanı həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya qarşı "sıçrama taxtası" kimi istifadə etmək planları qurur. "Bu planları həyata keçirərkən isə təbii ki, Azərbaycanın daxilində qarışıqlıq yaratmaq istəyir. Belə demək mümkünsə, Azərbaycanı tabe etdirmək üçün Azərbaycan daxilində "narıncı inqilablar" həyata keçirmək niyyətindədir. Fəqət, bu məqsədi uğursuzluqla nəticələnir. Bu uğursuzluğunu kompensasiya etmək üçün də Ermənistandan həm Azərbaycana, həm də Türkiyəyə qarşı alət kimi istifadə edir, onun təcavüzkar siyasətinə dəstək verir", – deyə tarixçi vurğulayıb.
Tədqiqatçı hesab edir ki, bu müstəvidə region ölkələrinin hədəfləri ortaqdır: "ABŞ bölgədə xaos yaratmaq istəyir və bu xaos sayəsində itirdiyi siyasi rıçaqlarını yenidən qazanmağa çalışır. Bu xaosun da ən asan yolu kimi Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini görür. Halbuki regionda sülh və sabitliyin bərpası, o cümlədən, iqtisadi inkişaf bütün regionun xeyrinədir. Bu aspektdən yanaşsaq, Türkiyənin, Rusiyanın, Azərbaycanın və İranın bir araya gələrək, ABŞ-nin sözügedən planlarını əngəlləməsi mühüm əhəmiyyət daşıyır. Hətta belə bir ittifaq Ermənistan xalqı üçün də önəmlidir, çünki Ermənistan bu cür münaqişələrin ortasında gündən-günə zəifləməkdə və xalqı da yoxsullaşmaqdadır. Əslində isə Ermənistan xalqının maraqları qonşuları ilə xoş münasibət quraraq, öz iqtisadi inkişafına nail olmaq olmalıdır".
Ekspert vurğulayır ki, bu mənada 3+3 Cənubi Qafqaz platforması çox mühümdür. "Hətta həyati əhəmiyyətə malikdir. Ona görə də bu platformanın daha da aktiv hala gətirilməsi vacibdir. Əgər region ölkələri nə qədər güclü müttəfiqlik şəraitində fəaliyyət göstərərsə, ABŞ-nin də bütün bu təxribatları uğursuzluqla nəticələnəcək. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünu bərpa etməsinin ardınca sülh şəraiti və iqtisadi inkişaf üçün münbit bir zəmin yaranıb. ABŞ-nin planlarını uğursuzluğa düçar edəcək ən əhəmiyyətli addım region ölkələri içərisində sülh tərəfdarı olan qüvvələrin bu ittifaqda birləşməsidir", – deyə qətiyyətlə əlavə edib.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 30 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun