Peru Konqresindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT - FOTO
Peru Konqresindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT - FOTO
Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Bəyanat Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gilyermo Aliaqanın təşəbbüsü ilə qəbul edilib.
Sənəddə 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində soyqırım törədildiyi, bu zaman uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının qətlə yetirildiyi, bu soyqırımının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, bu xüsusda, 2013-cü ildə Peru Konqresi tərəfindən də rəsmi qaydada tanındığı bildirilir.
Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qalmadığını qeyd olunur və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada azadlıq, ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu deyilir.
Sonda Xocalı soyqırımının 29-cu ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə olunur.

Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub