Petrov: "Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək"

Petrov: Erməni təbliğat maşını bəzi beynəlxalq təşkilatların apardığı anti-Azərbaycan kampaniyasını tirajlayaraq guya Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığı barədə dezinformasiya yayır. Bununla da Azərbaycanın imicinə zərbə vurmağa çalışan qüvvələr ölkəmizi təcavüzkar siyasətdə ittiham etmək və öz planlarını həyata keçirmək fikrindədirlər. Əslində Cənubi Qafqazdakı yeni reallıqlar bölgədəki müharibə riskini sıfıra endirib. Rusiyalı ekspertlər bunu Qarabağ məsələsinin birdəfəlik qapanması ilə əlaqələndirir.
"Vestnik Kavkaza" agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov bildirib ki, Azərbaycan bununla tək özünün deyil, Ermənistanın da strateji problemlərini həll edib:
"Qarabağ məsələsi Paşinyan üçün böyük problem idi, çünki onun Qarabağda heç vaxt şəxsi maraqları olmayıb. O ancaq hakimiyyətə gəlməzdən xeyli əvvəlki siyasətin davam etdirilməsi ilə məşğul olub. Qərbdə erməni diasporunun nümayəndələri, eləcə də Rusiya ilə sərhəddə gərginlik və qarşıdurma ocaqları yaratmaqda maraqlı olan siyasətçilər güman edirdilər ki, Paşinyan hakimiyyətə gəldikdən sonra bu siyasəti davam etdirəcək. Paşinyan isə bu dilemmanı erməni xalqının xeyrinə həll etdi. Azərbaycanın antiterror əməliyyatından sonra İrəvanda ciddi iğtişaşlar və ya dövlət çevrilişi baş vermədi. Baxmayaraq ki, risklər var idi. Maraqlıdır ki, Ermənistanın əvvəlki rəhbərliyi bu müddət ərzində gizləndikləri kölgədən çıxmadılar və onların hazırda nə işlə məşğul olduqları bəlli deyil. Bu problem həll olunduğundan Paşinyan onu yenidən şərti Ermənistan-Azərbaycan sərhədinə daşımadı. Ona görə də hesab edirəm ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək. Ona görə də regionda münaqişə üçün heç bir ilkin şərt yoxdur", – deyə politoloq bildirib.
Onun fikrincə, indi Ermənistan Qarabağı tərk edən ermənilərlə bağlı "sızlamaq siyasəti"ni davam etdirəcək. Paşinyan bunu Azərbaycanı bezdirmək üçün deyil, Qərbdən öz "qaçqınları" üçün daha çox pul qoparmaq üçün edəcək: "Eyni zamanda, Azərbaycanın Ermənistanla bağlı hələ də sualları var. Bura ərazilərin işğalı nəticəsində dəymiş ziyana görə kompensasiyanın ödənilməsi, 8 Azərbaycan kəndinin qaytarılması tələbi də daxildir".
Andrey Petrov hesab edir ki, Ermənistan bu kəndləri sakit şəkildə Azərbaycana qaytarmalıdır.
"Paşinyan isə bu proseslə bazarlıq etməyə çalışacaq. Paşinyan indi Azərbaycandan daha çox Türkiyə ilə sərhədin açılmasında və oradan Ermənistana nəqliyyat axınının inkişafında maraqlıdır. Amma Türkiyənin də şərti var. İrəvanın praktiki olaraq strategiyasını dəyişmək arzusu yoxdur. Azərbaycan artıq torpaqlarını işğaldan azad edib, Qarabağı qaytarıb. Paşinyan isə yalnız Ermənistanın qoşun yeritməyəcəyini və döyüş əməliyyatlarına başlamayacağını bəyan edib. Ona görə də hesab edirəm ki, Paşinyan bundan sonra da bu davranış xəttinə sadiq qalacaq. İrəvanın sərhədlərin delimitasiyasına marağı olmasa da, kommunikasiyaların açılmasını istəyir. Amma bu proses o qədər ləng gedir ki, ölkənin bir neçə onilliklər ərzində təcrid vəziyyətində yaşamağa vərdiş etdiyi açıq-aydın görünür. Çox istərdim ki, Ermənistan öz qonşuları ilə münaqişə etməyən, regiona uğurla inteqrasiya olunmuş normal dövlət kimi yaşasın. Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlayaraq, sərhədlərini açmaqla özünü rasional aparmaq və normal yaşamaq imkanı var. Amma bunu reallaşdırmaq arzusu yoxdur. İndi regionda Azərbaycan bütün problemlərini həll edərək sosial-iqtisadi baxımdan inkişaf edir. Ermənistan isə hələ də təcrid vəziyyətindədir".
Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parada da toxunan rusiyalı ekspert bildirib ki, bu, Azərbaycanda yeni dövrün simvoludur:
"Hesab edirəm ki, biz Azərbaycanın separatizm problemindən tamamilə xilas edilməsinin əhəmiyyətini hələ də dərk etməmişik. Amma şəxsən mən İlham Əliyevin Xankəndidəki parad meydanında dayanaraq Azərbaycan hərbçilərini salamladığını görməkdən bir insan kimi sadəcə sevindim. Mən Azərbaycanı bu mühüm nailiyyət, regionun geosiyasi reallığında unikal hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim", – deyə A.Petrov fikrini yekunlaşdırıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər