Peymanpak: "İran AİB ölkələri ilə ticarəti artırmaq üçün Azərbaycanla münasibətləri gücləndirməlidir"
İranın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrlə ticarəti artırmaq üçün Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycanla münasibətləri gücləndirməsinə ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak deyib.
Ə.Peymanpakın sözlərinə görə, İranın ticarət münasibətlərini inkişaf etdirməsi üçün bölgə ölkələri arasında Azərbaycan əhəmiyyətli rola sahibdir.
Nazir müavini deyib ki, İranın Ticarət İnkişafı Təşkilatı ölkənin şimalında yerləşən ölkələrlə ticarətin inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlayıb.
"Bu məqsədlə Ticarət İnkişafı Təşkilatı İranın Azərbaycandakı iqtisadi attaşesinə əlavə səlahiyyətlər verib ki, iki ölkənin ticarətinin inkişafına köməklik göstərsin". – deyə Ə.Peymanpak əlavə edib. "Trend"

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik