Pezeşkian və Xomenei qarşıdurmasında İKİ VARİANT: "Ya danışılmış bir oyundur, ya da ki..."
İranda son günlər istefa xəbərləri yayılır. Hətta Pezeşkian və Xomenei arasında qalmaqal yaşanır. Pezeşkianın istefa ərizəsi yazdığı və Xomeneinin bunu qəbul etmədiyi haqda məlumatlar da yayılıb. Bəs görəsən, proseslərin sonu necə olacaq? İranda Xomenei hakimiyyətinin devrilməsi mümkündürmü, yoxsa Pezeşkian prezidentlikdən getməli olacaq və yerinə daha sərt düşüncəli şəxs gətiriləcək?
Mövzunu KONKRET.az-a politoloq Samir Hümbətov şərh edib:
Samir Hümbətov
"Pezeşkian və Xomenei arasındakı gərginliyin iki səbəbi ola bilər. Birincisi, bunun danışılmış bir oyun olması mümkündür. Hansı ki, süni xaos yaradaraq cəmiyyətin və kənar güclərin reaksiyasını yoxlaya bilərlər. Yaxud da, həqiqətən daxildə narazılıq mövcuddur. Əgər belədirsə, bunun mütləq səbəbləri var.
Amma Xomeneinin hakimiyyətdən gedəcəyini düşünmürəm. O, xəstədir və son baş verənlər Xomeneinin yerinə varis təyin etmək siyasətinin tərkib hissəsi ola bilər. Ancaq Pezeşkianın prezident postunu tərk etməsi mümkündür. Çünki İranda daha çox teokratik hakimiyyət hökm sürür.
Bu səbəbdən də, Xomeneidən çox, Pezeşkianın getməsi real görünür. Son dövrlər Pezeşkianın Azərbaycan dilində danışması, türklərə daha çox meyl göstərməsi Xomeneinin xoşuna gəlməyib. Hələ ki, Pezeşkianın istefa ərizəsini qəbul etməyib. Amma bunun bir oyun olduğu göz qabağındadır. Qarşıdakı günlərdə biz bunun şahidi olacağıq".
Müşviq Tofiqoğlu
KONKREt.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası