Pezeşkianı Bakıda heyrətləndirən mənzərə – "Artıq tapşırıq verilib"

Pezeşkianı Bakıda heyrətləndirən mənzərə – Bakıda əhali sayının çox olması İran Prezidenti Məsud Pezeşkianı təəccübləndirib. Belə ki, o, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova sual verib. Aldığı cavab isə İran prezidentinin heyrətinə səbəb olub. O, ölkə əhalisinin yarısının paytaxtda yaşadığını vurğulayıb. Sözügedən dialoq yenidən bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, Bakıda bu qədər insanın məskunlaşması nələrinsə düz getmədiyindən xəbər verir. Hətta dəfələrlə regionların sosial-iqtisadi inkişafı proqramı elan edilsə də, hər hansı inkişaf gözə çarpmır. Əksəriyyət ilk fürsətdə Bakıya köçməyə can atır. 
Bunun səbəbləri nələrdir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı-professor Elşad Məmmədov deyib ki, ölkədə regionların sosial-iqtisadi inkişafı istiqamətləri üzrə ardıcıl proqramlar qəbul olunub:
Pezeşkianı Bakıda heyrətləndirən mənzərə – Elşad Məmmədov
"Bir sıra işlər görülsə də, paytaxtda işgüzar fəallığın artdığını müşahidə edirik. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq tədbirlərin genişləndirilməsinə ehtiyac var. Bununla əlaqədar dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Fikrimcə, aidiyyəti qurumlar buna uyğun şəkildə intensiv fəaliyyət göstərməlidir. Sosial, mədəni, bank sektoru ilə bağlı infrastrukturun təminatına, eyni zamanda iqtisadiyyatın strateji planlaşdırmaya əsasən idarə olunmasına üstünlük verməliyik. Bura məhsuldar qüvvələrin iqtisadiyyatda müəyyən edilmiş əsas magistral hədəflərə uyğun şəkildə yerləşdirilməsi məsələləri daxil olmalıdır. İqtisadiyyatda gözlənilən dayanıqlı, uzunmüddətli hədəflər formalaşdırılaraq ictimaiyyətə təqdim edilməlidir. Paralel olaraq, sosial, mədəni, humanitar sferaya aid olan istiqamətlərə çıxış imkanları təmin edilməlidir. Bu məsələlərin həlli regionların sosial-iqtisadi tarazlığında müvafiq şərait formalaşdırmalıdır".
İqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycanda regionlar inkişafdan geri qalır:
Pezeşkianı Bakıda heyrətləndirən mənzərə – Əkrəm Həsənov
"Regionların sosial-iqtisadi inkişafı proqramı korrupsiya, yeyintilər olduğu üçün təyinatı üzrə istifadə edilmədi. Həmçinin inkişaf üçün gərək regionlararası münasibət də olsun. Bunların heç biri yoxdur, amma bu barədə kimsə danışmır. Məsələn, Qubadan Şəkiyə, Gəncəyə gedə bilmirik. Halbuki, xəritədə görünür ki, Şəki və Gəncədən Qubaya daha yaxındır, nəinki, Bakıdan… Yol insfrastrukturu normal deyil. Vəziyyət çox pisdir".

Siyasi       Tarix: 29 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber