Piyada keçidi, yoxsa ölüm zolağı?
Hər il piyadavurmalarla bağlı çoxsaylı yol-nəqliyyat hadisələrinin şahidi oluruq.
KONKRET.azxəbər verir ki, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu məhz piyadavurmalar təşkil edir. Bu hadisələrin səbəbləri araşdırılır və onların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Bəs piyadavurma hadisələrində təqsirkar kimdir?
Son dövrlər respublika ərazisində, xüsusilə də paytaxtda eyni səviyyəli, nizamlanmayan piyada keçidlərinə nəzarət gücləndirilib. Əvvəllər bu nəzarət əsasən polis əməkdaşları tərəfindən həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib.
Artıq bütün istiqamətlər üzrə quraşdırılmış texniki vasitələr 24 saat fasiləsiz müşahidə aparır. Məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etmək və baş verə biləcək qəzaların qarşısını almaqdır. Lakin təəssüf ki, bu qaydalara məhəl qoymayan sürücülər də az deyil. Belə hallara paytaxtın bir çox ərazilərində rast gəlinir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov İctimai TV-yə açıqlamasında bildirib ki, paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarında bu cür hallara tez-tez rast gəlinir:
"Kameraların olmadığı piyada keçidlərində sürücülər yol hərəkəti qaydalarını pozaraq insanlar üçün ciddi təhlükə yaradırlar".
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub